Asqıranda burun və ağzınızı tutmayın - AĞIR FƏSADLARI

Adətən biz asqıranda ağız və burnumuzu tuturuq. Lakin mütəxəssislərin fikrinə görə, bu, çox ziyanlı və təhlükəli adətdir.
Minval.info saglamolun.az-a istinadən xəbər verir ki, Lester Universiteti hospitalında çalışan həkimlər BMJ Case Reports jurnalında dərc olunmuş məqalədə bu haqda xəbərdarlıq edir.
Asqırma şərtsiz refleksdir. Asqırma zamanı hava axını burundan sürətlə çıxır ki, bu zaman burnumuz toz, allergenlər və selikdən azad olur.
Asqırma zamanı burundan çıxan havanın sürəti 120 m/san, daxili divarlara olan təzyiq isə 100 mm c.st. təşkil edir. Əgər asqırma zamanı siz burnunuzu tutursunuzsa, güclü hava axını burun-udlaq və qulaqda olan evstaxiy borusuna yönələcək ki, bu da təzyiqin xeyli artmasına səbəb olacaq. Nəticədə damarlar, daxili qulaq və qulaq pərdəsi zədələnə bilər. Bundan əlavə insanda baş ağrısı əmələ gələ bilər.
Daha ağır fəsadlar arasında:
– qida borusu divarının yırtılması (Bu yaxınlarda belə hadisə Böyük Britaniya qeydə alınıb.)
– qulaq pərdəsinin deşilməsi
– beyin anevrizmasının yırtıqlması (ölümlə nəticələnə bilər) var.
ƏLAQƏLİ
“Bizə zəhər iylədirlər!” – Ucarda pambıq zavodu ilə bağlı ŞOK VƏZİYYƏT - FOTO
Beləliklə, alimlər asqırma zamanı burun və ağızı sıxmağı tövsiyə etmir. Ədəb qaydalarına riayət etmək üçün dəsmaldan istifadə edin.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Çimərliyə gedənlərin nəzərinə
“Azərlotereya”nın “Binqo” oyununda rekord cekpot qazanılıb
Ukraynada korrupsiya qalmaqalı böyüyür
Natiq Zərbalı: "Yeni zolaqdan sonra vəziyyət daha da çətinləşdi"
Gələn ildən sürücülük vəsiqəsi üçün imtahanları DİM keçirəcək? - RƏSMİ