16 yaşlı qız qaçırıldı - Ata polisə üz tutdu (TƏFƏRRÜAT)
Bərdə rayonunda 16 yaşlı qız qaçırılıb.
Hadisə Lənbərən kəndində baş verib. İlkin məlumata görə, kənd sakini, 2002-ci il təvəllüdlü M. Hacıyeva tanımadığı şəxs tərəfindən qaçırılıb. Onun atası Bərdə Rayon Polis Söbəsinə müraciət edib. Ata qızını qaçıran şəxsdən şikayətçi olduğunu bildirib. O, qeyd edib ki, övladı yetkinlik yaşına çatmayıb və məktəblidir. M.Hacıyevanın atası həmçinin şikayətini qızının zorla qaçırılması ilə əsaslandırıb.
Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən tədbirlər görülür.
Bərdə rayon Lənbəran kənd bələdiyyəsindən Publika.az-a verilən məlumata görə, qız istədiyi oğlan tərəfindən qaçırılıb: “Kənd sakini, 2002-ci il təvəllüdlü M. Hacıyeva dünən istədiyi oğlan tərəfindən qaçırılıb. Qızın ailəsi qaçıran şəxsin kim olduğunu bilir. O, kənd sakini Cahəddin adlı şəxsin oğlu tərəfindən qaçırılıb. Oğlanın adını dəqiq bilmirəm. Qızın atası Bərdə Rayon Polis Söbəsinə müraciət edib. Dünən axşama qədər axtardılar, amma tapa bilmədilər. Deyilənə görə, oğlan qızı ailəsindən istəyib, qızı ona vermədikləri üçün qaçırdıb”.
Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları axtarışları davam etdirir.
Minval.info
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
İspaniyada güclü yağışlar ölümlə nəticələndi, dərslər təxirə salındı
Türkiyədə sel fəlakətində ölənlərin sayı artdı
Yol polisi dəmir yolu keçidlərində təhlükəsizlik üçün xəbərdarlıq etdi
Məktəbdə səsləndirilən şüarlar - kimlərə xidmət edirlər?
DİN: İctimai qaydanı pozan 37 nəfər həbs edilib
Məktəbli forması ilə bağlı qaydalara etiraz edən 37 nəfər həbs olundu
Ötən həftə 1240 hektara yaxın ərazi minalardan təmizlənib