Zelenski müttəfiqlərə çağırış edib: “Vaxt itirmək olmaz”
“Report” UNIAN-a istinadən xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski Ukraynanın Müdafiəsi üzrə Təmas Qrupunun iclasında deyib.
O bildirib ki, Rusiya qoşunları yenidən qruplaşırlar: “Ona görə cəld davranmaq lazımdır”.
Dövlət başçısı müttəfiqlərdən F-16 qırıcıları, uzaqmənzilli raketlər və tanklar istəyib.
Zelenski həmçinin, dəstəyə görə müttəfiqlərə təşəkkür edib: “Göndərilən yardım Ukraynanı Rusiya terrorundan xilas edir: Lakin vaxt mühüm məsələdir. Odur ki, bizim çox az vaxtımız var. Yardım daha da sürətlənməlidir. Rusiya ümumbəşəri dəyərləri məhv etmək istəyir. Müdafiə üçün Ukraynaya yüzlərlə tank lazımdır. Zaman müttəfiqlərin ümumi silahına çevrilməlidir”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
BMT: Süni intellekt bəşəriyyət üçün təhdid ola bilər
Ahbap dərnəyində 4,3 milyardlıq sirr açıldı!
Qızılın qiyməti düşdü: Faiz gözləntiləri artdı
ABŞ-dan İrana qarşı yeni nüvə strategiyası
OPEC+ neft hasilatını artırmır: Bazar gərginliyi artır
Beyində xatirələrin sinxronlaşma sirri açıldı
Neftin qiyməti Yaxın Şərq gərginliyi ilə zirvədə
