Zaxarova Paşinyana – “Sizi müdafiə etməyə gəlirdik, Qarabağı...
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova, Ermənistanın baş naziri Nikol Paşinyanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) ilə bağlı son açıqlamalarına sərt reaksiya göstərib.
Minval.info xəbər verir ki, Paşinyan daha əvvəl keçirilən brifinqdə 2022-ci ilin sentyabrında Azərbaycan-Ermənistan sərhədində baş verən toqquşmaları xatırladaraq, Rusiya və KTMT-nin Ermənistan qarşısında müqavilə öhdəliklərini yerinə yetirmədiyini bildirmişdi.
Zaxarova isə Paşinyana 2022-ci ildə baş verən hadisələri xatırladıb. Onun sözlərinə görə, həmin il KTMT-nin baş katibi İrəvana səfər edərək Paşinyanla şəxsən görüşüb. Rusiya XİN rəsmisi vurğulayıb ki, baş katib İrəvana “Cənubi Qafqazın gözəlliklərinə baxmağa” deyil, üzv dövlətlərin ərazilərinin müdafiəsi ilə məşğul olan təşkilatın konkret missiyası ilə gəlmişdi.
ƏLAQƏLİ
Putin Britaniyanı hədələdi: "Ukraynadakı bütün hərbi obyektlər qanuni hədəfimizdir"
Zaxarova əlavə edib ki, Paşinyan Ermənistanın təhlükəsizliyini təmin etmək üçün nə hüquqi, nə də siyasi baxımdan lazımi addımları atıb. O, həmçinin xatırladıb ki, Paşinyan 2022-ci ilin noyabrında KTMT missiyasının Ermənistanda yerləşdirilməsi ilə bağlı qərarın razılaşdırılmasını nəzərdə tutan sənədi imzalamaqdan imtina edib. Bundan bir ay əvvəl – 2022-ci ilin oktyabrında isə Praqada Avropa İttifaqının vasitəçiliyi ilə qəbul edilən bəyanatda İrəvan Azərbaycanın ərazi bütövlüyünü, Qarabağ da daxil olmaqla, tanıyıb.
Zaxarova Paşinyanı məsuliyyəti başqalarının üzərinə atmaqda ittiham edərək, “Sizə narahat suallar veriləndə özünüzü günahdan kənara çəkməyi, məsuliyyəti üzərinizdən atmağı və onu əlinizin çatdığı, şəxsən xoşunuza gəlməyən hər kəsin üzərinə yıxmağı dayandırın” deyə bildirib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Putindən Zelenskiyə cavab: "Terrorçularla danışıqlar aparılmır"
Kreml Türkiyə-Ermənistan sərhədinin açılmasını istəyir
İlham Əliyev Putinlə ayaqüstü görüşdü - FOTOLAR
Rusiyada yeni səfərbərlik şayiələri təkzib edildi
İran ABŞ-yə qarşı hərbi cavab verəcək!