30.08.2026 - 13:00
Dünya 38 baxış

Zaporojye AES-də dizel ehtiyatı tükənir!

Ukraynadakı Zaporojye Atom Elektrik Stansiyasında enerji təminatı ilə bağlı vəziyyət kritik həddə çatıb. Stansiya artıq bir həftədən çoxdur ki, xarici elektrik şəbəkəsinə qoşula bilmir və fəaliyyətini ehtiyat dizel generatorları vasitəsilə davam etdirir. Minval.info xəbər verir ki, Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) məlumatına əsasən, stansiyanın altı reaktoru hazırda fəaliyyətsizdir, lakin onların təhlükəsiz soyudulması üçün elektrik enerjisi tələb olunur. Stansiyada mövcud olan dizel yanacağının ehtiyatı isə təxminən 10 günə kifayət edəcək miqdardadır.

Son altı ay ərzində stansiyadan kənarda yerləşən yanacaq anbarına dizel yanacağının tədarükü həyata keçirilməyib. Bununla belə, cümə axşamı və cümə günü stansiyaya alternativ xarici mənbədən əlavə dizel yanacağı çatdırıldığı bildirilib. BAEA vurğulayır ki, atom elektrik stansiyasının xarici enerji təchizatını itirdiyi şəraitdə ehtiyat dizel yanacağının olması reaktorların soyutma sistemlərinin işlək vəziyyətdə saxlanılması baxımından həyati əhəmiyyət daşıyır.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: