Zərrabın yeni səs yazısı üzə çıxdı: Ya yalan söyləməlisən, ya da...

“Halk Bank”ın keçmiş müdir müavini Mehmet Hakan Atillanın ABŞ-da davam edən məhkəməsində üzə çıxan yeni səs yazıları məhkəməni çökdürüb.
Musavat.com-un məlumatına görə, bu barədə Türkiyənin milliyet.com saytı xəbər verib. Məlumata görə, türkiyəli iş adamı Rza Zərrabın dayısı ilə telefon danışığı dəlil olaraq məhkəməyə təqdim olunub. Telefon danışığı 15 sentyabr, 2016-cı ildə baş tutub. Zərrab dayısı Əhəd Xabbaz Tamimi ilə danışarkən bu sözləri işlədib: “Əgər ABŞ-da həbs edilmisənsə, çıxmaq üçün ya yalan danışmalısan, ya da etmədiyin işləri boynuna almalısan. Günahı qəbul etdinsə, azadsan, məsələ budur”.
Səs yazısı məhkəmədə dinlənildikdən sonra Mehmet Hakan Atillanın vəkilləri hakim Bermana etirazlarını bildiriblər. Vəkillər bu halın Zərrabın yalan danışmağa razı olduğunu göstərdiyini bildiriblər.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
İlon Maskdan gözlənilməz vəd: ABŞ-də hər uşağa SpaceX səhmi verəcək
Almaniya Fransadakı etirazlar üçün səyahət xəbərdarlığı etdi
İqlim dəyişikliyi Norveçdə içməli suyu təhlükəli hala gətirib
Putin, Tramp və Şiyə Ukrayna mövzusunda üçtərəfli zirvə təklif etdi
Livan prezidenti: İsrail ABŞ vasitəçiliyi ilə əldə edilən razılığı pozur
Avropa ölkələri sosial mediada uşaqları qorumağa çalışır