29.11.2017 - 18:27
Dünya
22 baxış
Zəlzələ qurbanlarının sayı 500 nəfəri ötüb
![]()
İranın Məhkəmə-Tibb Təşkilatı 12 noyabr zəlzələsi ilə bağlı yeni rəqəmlər açıqlayıb. Novator.az-ın məlumatına görə, noyabrın 29-da yayılan rəsmi açıqlamada zəlzələ qurbanlarının – həlak olanların sayının 505-ə çatdığı bildirilir.
Noyabrın 12-si axşam İran-İraq sərhədində baş verən 7,2 ballıq zəlzələdə ən çox Kirmanşah vilayəti ziyan çəkib. Zəlzələnin İranda 70 min nəfəri evsiz qoyduğu, 12 mindən çox şəxsin xəsarət aldığı bildirilir.
İraqın Səhiyyə Nazirliyinin məlumatına görə, 12 noyabr fəlakəti bu ölkədə 7 nəfərin həyatına son qoyub, 535 nəfər xəsarət alıb.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
İlon Maskdan gözlənilməz vəd: ABŞ-də hər uşağa SpaceX səhmi verəcək
19.10.2026 - 17:34
Almaniya Fransadakı etirazlar üçün səyahət xəbərdarlığı etdi
19.10.2026 - 17:14
İqlim dəyişikliyi Norveçdə içməli suyu təhlükəli hala gətirib
19.10.2026 - 16:44
Putin, Tramp və Şiyə Ukrayna mövzusunda üçtərəfli zirvə təklif etdi
19.10.2026 - 16:14
Livan prezidenti: İsrail ABŞ vasitəçiliyi ilə əldə edilən razılığı pozur
19.10.2026 - 16:04
Avropa ölkələri sosial mediada uşaqları qorumağa çalışır
19.10.2026 - 15:23
Fransada sarı jiletlilərdən sonra xaos: Yüz milyonlarla avroluq itki
19.10.2026 - 14:33