Yetim gənc acından ölməmək üçün həbsxanaya düşdü
Yetim oğlan acından ölməmək üçün həbsxanaya düşmək qərarına gəldi
Minval.İnfo bildirir ki, Rusiyanın Maqnitaqorsk şəhərində yaşayan 20 yaşlı Sergey Antipinin həyatı heç də asan keçməyib.
“Bizim Yol” Rusiya KİV-lərinə istinadən xəbər verir ki, o, aclıqdan ölməmək və küçədə soyuqdan donmamaq üçün həbsxanaya düşmək qərarına gəlib və bunun üçün oğurluq edib.
Sergey uşaq evində böyüyüb. 17 yaşına çatdıqdan sonra uşaq evindən taleyin ümidinə buraxılan gənc peşə məktəbində təhsil alıb və bu müddətdə peşə məktəbinin yataqxanasında yaşayıb. Daha sonra 2 ildən artıq müddətdə tənha gənc iş tapmaq üçün qapıları döyüb, rayon prokurorluğuna, hətta prezident administrasiyasına belə müraciət edib. Maqnitaqorskun ilik donduran soyuqlarında binaların çardağında, kimlərinsə verdiyi yemək hesabına həyatda qalıb. Lakin gözləməkdən , bütün qapılardan “yox” cavabı almaqdan yorulan gənc mağaza yarmağa qərar verib. Oğurladığı pullarla da polis idarəsinə gələrək təslim olub. Bu əməlinə görə, o 5 il müddətinə azadlıqdan məhrum edilib.
İndi həbsxanadan yenə müvafiq orqanalara müraciət edib iş axtaran gənc gələcəyini təminat altına ala bilməsə, bütün ömrünü kiçik cinayətlərlə həbsxanada keçurməyi planlayır.
“Mərdi qova-qova namərd edirlər” deyimi bu adama aiddir yəqin.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
İlon Maskdan gözlənilməz vəd: ABŞ-də hər uşağa SpaceX səhmi verəcək
Almaniya Fransadakı etirazlar üçün səyahət xəbərdarlığı etdi
İqlim dəyişikliyi Norveçdə içməli suyu təhlükəli hala gətirib
Putin, Tramp və Şiyə Ukrayna mövzusunda üçtərəfli zirvə təklif etdi
Livan prezidenti: İsrail ABŞ vasitəçiliyi ilə əldə edilən razılığı pozur
Avropa ölkələri sosial mediada uşaqları qorumağa çalışır