Yerin altında 1000 tondan çox qızıl...
Çinin Hunan əyalətində yerləşən Pinczyan bölgəsində 1000 tondan çox qızıl ehtiyatı olan nəhəng yataq aşkar edilib. Bu yeni kəşf, Vanqu adlı qızıl sahəsində yerləşir və dünyanın ən böyük yüksək keyfiyyətli qızıl yataqlarından biri ola bilər.
Minval.info xəbər verir ki, geoloqlar iki kilometrədək dərinlikdə 40-dan çox qızıl damarı müəyyən ediblər. Ərazidə aparılan kəşfiyyat işləri nəticəsində təxminən 300 ton qızıl ehtiyatı müəyyən edilib. Üç kilometrədək dərinlikdə isə ehtiyatların 1000 tonu keçə biləcəyi proqnozlaşdırılır.
Çin rəsmilərinin 2024-cü ildəki hesablamalarına görə, bu həcmdə qızılın dəyəri 600 milyard yuan, yəni təxminən 83 milyard dollar təşkil edə bilər. Lakin 1000 ton göstəricisi hələ proqnozdur və əlavə kəşfiyyatla təsdiqlənməlidir.
Aylarla davam edən qazma işləri zamanı müxtəlif dərinliklərdən süxur nümunələri götürülüb. Nümunələrin bəzilərində qızılın miqdarı olduqca yüksək olub. Bir ton süxurda maksimum 138 qram qızıl aşkarlanıb. Müqayisə üçün, gəlirli hesab edilən bir çox yataqda bu göstərici bir ton süxur üçün cəmi 1-3 qramdır.
Vanqu yatağının işlənməsi ilə dövlətə məxsus “Hunan Mineral Resources Group” şirkəti məşğul olur. Bununla belə, ehtiyatların həcmi hələ beynəlxalq səviyyədə tanınan müstəqil qiymətləndirmədən keçirilməyib. Genişmiqyaslı hasilata başlanmazdan əvvəl ekoloji təsirlər və tələb olunan infrastrukturun dəyəri də hesablanmalıdır.
Ehtiyatlarla bağlı proqnoz təsdiqlənərsə, yataq Çinin dünya qızıl bazarındakı mövqeyini gücləndirə və ölkənin xarici tədarükdən asılılığını azalda bilər.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Mərkəzi Bankın baş direktoru istefa verdi
Dondurma dadmaqla ayda 10 min dollar qazan!
Venesuela da OPEK-dən gedir: Təşkilatı nə gözləyir?
DİN-dən vətəndaşlara saxta xidmətlər xəbərdarlığı
Ət bazarında qiymət artımı: Səbəblər və həllər
Məleykə Abbaszadədən abituriyentlərə seçim tövsiyələri
Sentyabrda 4 bürc üçün pul yağışı gözlənilir