Yer kürəsini növbəti maqnit qasırğası vuracaq
Həftənin sonunda, noyabrın 16-da Yer kürəsində növbəti maqnit qasırğasının müşahidə olunacağı gözlənilir. Böyük Britaniyanın Geoloji Xidməti bu barədə məlumat yayıb.
Minval.info xəbər verir ki, alimlərin sözlərinə görə, Günəş küləyinin sürəti koronal kütlə atılmalarının təsiri azaldıqca zəifləsə də, hələ də normadan yüksək olaraq qalır.
Bununla belə, geomaqnit aktivliyinin güclənməsi ehtimalı mövcuddur, amma bugünkü maqnit qasırğasının G1 – zəif səviyyədə olacağı bildirilir.
12 və 13 noyabrda nə baş vermişdi?

Qeyd edək ki, ötən günlərdə Günəşdə bu ilin ən güclü alov püskürmələrindən biri qeydə alınıb və Afrika ilə Avropanın bir sıra ölkələrində radiotezlikli rabitədə ciddi nasazlıqlara səbəb olub. Space.com-un məlumatına görə, X5.1 sinifli partlayış 2025-ci ilin rekordu hesab olunur və onun radiasiyası birbaşa Yerə çatıbdır.
Ən güclü püskürmə isə noyabrın 11-də baş vermişdi — bu hadisə 2024-cü ilin oktyabrında qeydə alınan alovdan sonra ən böyük günəş aktivliyi sayılır. Püskürmənin təsiri planetin günüz tərəfinə yüksək tezlikli rabitənin pozulmasına gətirib çıxarıb.
Bundan əvvəl — noyabrın 9 və 10-da — Günəşin eyni aktiv zonasından ardıcıl alovlanmalar qeydə alınmış, onları müşayiət edən koronal kütlə atılmaları Yerə çataraq genişmiqyaslı qütb parıltılarının yaranmasına səbəb olmuşdu.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Rusiyada məktəbli müəlliməyə bıçaqla hücum etdi
İlber Ortaylının əşyaları xeyriyyə üçün satılır
Times Meydanında bıçaqlı hücum: 1 ölü, 1 yaralı
Rusiyalı milyarderlər 20 milyard dollar itirdi
ABŞ quru qoşunları naziri istefa verdi
FES-in faiz qərarı: Bazar iki yerə bölündü
İran ABŞ bazasına PUA hücumu etdi
