Yeni ildən manat 1.59-dək yüksələcək - Dollarla bağlı sevindirici xəbər
“Bu il manatın dollara məzənnəsi möhkəmlənə bilərmi? Maliyyə naziri manatın möhkəmlənməsi üçün təzyiqlərin olduğunu bildirib. Bir müddət öncə isə Avropa İttifaqının “Şərq Tərəfdaşlığı” proqramının sifarişi ilə Niderlandın ING maliyyə holdinqinin tərəfdaşı ACT LLC humanitar təşkilatı tərəfindən bu ay keçirilən sorğu və hazırlanan hesabatda Azərbaycan milli valyutasının dollara nisbətən kursunun 2018-ci ildə 1.59-dək yüksələcəyi qeyd olunmuşdu”.
Minval.İnfo-nun məlumatına görə, bu barədə iqtisadçı Vüqar Bayramov qeyd edib. Mütəxəssis bildirir ki, Mərkəzi Bankın mövqeyi dəyişməyib.
“Əgər qlobal şoklar baş verməzsə, o zaman 2018-ci ildə il manat dəyər itirməyəcək. Deməli, bu il manatın məzənnəsi daha çox neftin qiymətindən asılı olacaq. Amma bütün hallarda manatın yenidən möhkəmlənməsi qeyri-neft ixracatı və iqtisadiyyatın diversifikasiyası baxımdan arzuolunan deyil. O baxımdan, iqtisadi baxımdan mövcud məzənnəni qoruyub saxlamaq daha məntiqi olardı.
Son proseslər də göstərir ki, Mərkəzi Bank manatın yenidən kəskin möhkəmlənməsində maraqlı görsənmir. Baş bank üçün mövcud məzənnəni qoruyub saxlamağın daha prioritet olduğu hiss edilir. Əslində, hökumətə təqdim etdiyimiz təkliflərdə manatın möhkəmlənməsi deyil, mövcud məzənnənin qorunub saxlanması və bunun müqabilində 2015-ci ildə hazırladığım “üç tərəfli” mexanizm əsasında xarici valyutada kreditləri olan vətəndaşlarımıza bu il kompensasiyaların verilməsi öz əksini tapıb.

Bu bir tərəfdən, Azərbaycan qeyri-neft məhsullarının rəqabətqabiliyyətliliyinin qorunub saxlmasına gətirib çıxarar, digər tərəfdən isə problemli kreditlərin sağlamlaşdırılması, əhalinin banklara olan borc öhdəliyinin kəskin azaldılması baxımdan ciddi irəlləyişə səbəb olar. Bu ilki məzənnəyə bir daha toxunsaq, manatın yenidən möhkəmlənməsi iqtisadiyyatın şaxələnməs ilə bağlı prioritetlər baxımdan arzuolunan olmasa da son qərarı Mərkəzi Bank deyəcək. Baş bank isə hələlik milli valyutanın möhkəmlənməsində maraqlı görsənmir”, – deyə eksper əvalə edib.
Minval.İnfo
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Moruq yığmaq cərimələnir: Aparıcıdan etiraz!
Kanadada kral III Çarlzlı yeni əsginas təqdim edildi
Neft qiymətləri sürətlə yüksəlir: Yeni rekordlar!
80 yaşlı nənənin sevgi macərası: Evdən qaçdı!
Qəbələdə 35 illik qazsızlıq: Sakinlərdən etirazlar
Trablusda neft çənlərinə PUA hücumu: Xəsarət yoxdur
NASA və Blue Origin Mars üçün güclərini birləşdirir