Yeməkdən dərhal sonra çay içirsinizsə, bu xəstəliklərə yoluxa bilərsiniz

Yeməkdən dərhal sonra çay içmək insanlar tərəfindən vərdiş halını alıb. Lakin bu vərdiş dəmiri bədəndən xaric edir, bu da öz növbəsində sürətlə kökəlməyə səbəb olur.
Minval.İnfo Medicina.az-a istinadən xəbər verir ki, bu barədə türkiyəli mütəxəssis Sinan Akkurt danışıb. O bildirib ki, dəmir əksikliyi kökəlməyin başlıca səbəblərindəndir.
Onun sözlərinə görə, səbəbsiz yorğunluq, halsızlq, əsəbilik, ürəkdə döyüntü, baş ağrısı, bulantı, əl və ayaqların soyuq olmasının səbəbi də məhz dəmir əksikliyi ola bilər. Çünki dəmirin olmaması vücudda qansızlıq yaradır:
“Bunu qan analizi ilə öyrənmək olar. Hemoqlabinin normadan aşağı olması qanın azlığından xəbər verir ki, buna da əksər zaman dəmir əksikliyi səbəb olur. Qeyd etməliyəm ki, bundan əziyyət çəkən şəxslər asanlıqla arıqlaya bilmirlər. Çünki dəmir əksikliyi hormonal pozuntulara da gətirib çıxarır. Bu da arıqlamaq əvəzinə artıq çəki qazandırır”.
Mütəxəssis dəmir əksikliyindən əziyyət çəkən və arıqlamaq istəyən insanların saxladıqları pəhrizin faydasız olduğunu qeyd edib:
“Belə şəxslər idman etməklə, ac qalmaqla arıqlaya bilməzlər.
Dəmir əksikliyi bununla yanaşı yaddaş zəifliyinə, diqqət əksikliyi, inkişaf geriləməsinə də yol açır”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Sepah Hörmüz boğazında ABŞ gəmilərinə hücum etdi
Təyyarədə dava: Sərxoş sərnişin skoçlandı
Masazırda qanunsuz tikinti işləri dayandırıldı
Xark adasında İran tankerinə raket hücumu
Donuz böyrəyi ilə 9 ay sağ qaldı!
2027-ci il rekord istilərlə tarixə düşə bilər
Britaniya ordusunda təlimlər maliyyə çatışmazlığına görə dayandı