Xarici ölkələrə səyahət edənlərin sayı açıqlandı

Heydər Əliyev Beynəlxalq Aeroportu ötən ildə 4,06 milyon sərnişinə xidmət göstərib.
Bu ötən ilki göstərici ilə müqayisədə 23% çoxdur.
“Azərbaycan Hava Yolları”ndan (AZAL) Minval.İnfo-a verilən məlumata görə, ümumilikdə 55 aviaşirkət müntəzəm və çarter reysləri yerinə yetirib. Beynəlxalq Aeroport 8 yeni aviadaşıyıcını – “Air Arabia”, “Wataniya Airways”, “ISR Air”, “Jazeera Airways”, “IrAero”, “Mahan Air”, “İkar” aviaşirkətini (“Pegasfly” brendi) və Azərbaycanın ilk loukosteri “Buta Airways”i qarşılayıb.
Hesabat dövründə AZAL milli aviadaşıyıcısının payına 2,2 milyon sərnişin, “Buta Airways” loukosterinin payına isə 92 min sərnişin düşüb. Eyni zamanda, 114 min tranzit, 50 min sərnişin isə çarter reysləri üzrə qeydə alınıb.
Sərnişinlərin 85%-i beynəlxalq reyslərin payına düşüb. Aeroportun beynəlxalq daşımalarının 46%-i AZAL-ın və “Buta Airways”in, 54%_i isə xarici aviadaşıyıcıların payına düşüb.
Ən məşhur beynəlxalq istiqamətlərin onluğuna – Moskva, İstanbul, Dubay, Kiyev, Tehran, Antalya, Tbilisi, Bağdad, Doha və Sankt-Peterburq daxil olaraq 2,52 mln. sərnişin bu istiqamətlərə uçub.
Minval.İnfo
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Rusiya Xəzəri təhlükəli bölgəyə çevirir
Türkiyə xüsusi təyinatlıları 11 terrorçunu MƏHV ETDİ
Türkiyədə qətliam kimi yol qəzası - azı 15 nəfər ölüb
İranda əxlaq polisi qadını avtomobildən yerə atdı - VİDEO
Malayziya Kralı Türkiyəyə səfər edib
Türkiyədən S-400 açıqlaması: Yenilik yoxdur!
Krımda fövqəladə vəziyyət elan olunub