30.03.2018 - 20:44
Dünya
25 baxış
“WhatsApp”da istifadəçiləri izləmək mümkün oldu: Yeni PROQRAM

“iOS” mobil əməliyyat sistemi üçün təqdim edilmiş “Chatwatch” mobil proqramı “WhatsApp” messencerində kontaktların aktivliyini izləməyə imkan verir.
Minval.İnfo ICTnews-a istinadən xəbər verir ki, yeni proqram dostların messencerdən istifadə tezliyini, orada keçirdikləri vaxtı öyrənməyə imkan verir.
Bundan başqa, “Chatwatch” mobil proqramı “WhatsApp” messencerində iki kontaktın onlayn vaxtını tutuşdura və onların bir-biri ilə ünsiyyətdə olduğunu müəyyənləşdirə bilir. Sözügedən proqram, həmçinin istifadəçinin mobil proqramda keçirdiyi vaxtı və bir gün ərzində messencerdən istifadə tezliyini göstərir. Yeni proqram tamamilə qanunidir.
Qeyd edək ki, bu mobil tətbiq “Last Seen” (“Son daxilolma”) funksiyası deaktiv edildiyi halda belə işləyir.
Sözügedən mobil proqram ödənişlidir: proqramçılar bir həftə ərzində iki kontaktı izləmək üçün 1,99 dollar məbləğində ödəniş tələb edirlər. Həmçinin nəzərə almaq lazımdır ki, “WhatsApp” messencerinin rəhbərliyi istənilən vaxt “Chatwatch” proqramının şirkətin məlumatlarına girişinə qadağa qoya bilər.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Təyyarədə dava: Sərxoş sərnişin skoçlandı
05.09.2026 - 16:56
Masazırda qanunsuz tikinti işləri dayandırıldı
05.09.2026 - 15:40
Xark adasında İran tankerinə raket hücumu
05.09.2026 - 14:08
Donuz böyrəyi ilə 9 ay sağ qaldı!
04.09.2026 - 21:20
2027-ci il rekord istilərlə tarixə düşə bilər
04.09.2026 - 19:56
Britaniya ordusunda təlimlər maliyyə çatışmazlığına görə dayandı
04.09.2026 - 19:49
Komsomolskaya Pravda Alina Kabayevanın nəzarətində!
04.09.2026 - 18:39
Ərzaq qiymətləri rekord həddə çatdı!
04.09.2026 - 18:25