“WhatsApp”a yeni funksiyalar gəldi

“WhatsApp” messencerində qrup şəklində olan yazışmalar üçün böyük dəyişikliklər edilib.
Minval.İnfo ICTnews-a istinadən xəbər verir ki, qrupun məqsəd, qayda və ya mövzularını təsvir etməyə imkan verən funksiyalar əlavə olunub.
Belə ki, qrupa yeni iştirakçılar daxil olan zaman üzvlər onun təsvirini ekranın yuxarı hissəsində görə biləcəklər.
Qrupdan çıxan istifadəçiləri təkrar əlavə etmək qeyri-mümkün olacaq. İstifadəçi qrup yazışmasına uzun müddət daxil olmadıqda sağ aşağı küncdə yerləşən yeni “@” işarəsini basmaqla bildirişlərlə tez tanış ola biləcək.
Həmçinin inzibatçıların hüquqları təkmilləşdirilib. İndi çat yaradıcısı əsas fotonu və ya söhbətin adını dəyişə bilən insanları ayrıca seçir. İstənilən qrup iştirakçısının adını qrup haqqında informasiyanın olduğu səhifədə axtarışa daxil etməklə onu tapmaq mümkündür.
Yeni “WhatsApp” funksiyalarından “Android” və “iOS” mobil əməliyyat sistemləri üçün yenilənmiş əlavələrdə yararlanmaq olar.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Ahbap dərnəyində 4,3 milyardlıq sirr açıldı!
Qızılın qiyməti düşdü: Faiz gözləntiləri artdı
ABŞ-dan İrana qarşı yeni nüvə strategiyası
OPEC+ neft hasilatını artırmır: Bazar gərginliyi artır
Beyində xatirələrin sinxronlaşma sirri açıldı
Neftin qiyməti Yaxın Şərq gərginliyi ilə zirvədə
ABŞ Hörmüz boğazında yeni müttəfiqlər axtarır