Vergi işçisi müdirin qəbuluna girə bilmədiyi üçün özünü bıçaqladı - BAKIDA
Bu gün günorta saatlarında Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinin 2 əməkdaşı arasında insident yaşanıb.“Ölkə.Az”ın əldə etdiyi məlumata görə, hadisə mübahisə zəmnində baş verib.
Bakı şəhəri Lokal Gəlirlər Departamentinin İstehsal İdarəsinin əməkdaşları – Ramiz və Kamran adlı vergi işçiləri mübahisə edərək, bir-birini ağır söyüşlərlə təhqir ediblər.
Daha sonra Ramiz adlı vergi əməkdaşı Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinin baş direktoru Fərid Cəbrayılovun qəbuluna getməyə çalışsa da, ancaq mühafizəçilər tərəfindən içəri buraxılmayıb.
Bundan sonra Ramiz adlı vergi işçisi iki yerdən qarın nahiyyəsinə bıçaq zərbəsi endirərək, intihara cəhd edib.
Hadisədən sonra prokurorluq əməkdaşları da departamentə gələrək araşdırma aparıblar, Departamentin İstehsal fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri ilə iş idarəsinin direktoru Elmar Əsədov isə prokurorluğa çağırılıb.
Hadisə ilə bağlı əlavə məlumatlar əldə edən kimi oxucularla bölüşəcəyik.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Həftəsonu yol qəzalarında 5 nəfər ölüb
Azyaşlı Aylanın xatirəsi cəsədinin tapıldığı sahildə yad edilib
Vergi cinayətləri törədən vəzifəlilər - İqbal Məmmədov tək deyil...
Ramil Usubov yeni rəis təyin etdi
Abşeronda yaşayış binasında güclü yanğın - VİDEO
Bakıda bu məktəbin şagirdlərinə narkotik satılırmış...
Bakıda avtobusa hücum edilib - 1 nəfər yaralandı