Uşak Universitetinin azərbaycanlı tələbəsindən maraqlı və önəmli layihə... - FOTOLAR

Uşak Universitetinin İctimai əlaqələr və reklam işi üzrə azərbaycanlı tələbəsi Amal Əhədli türkiyəli tələbə Burcu Qəhrəman ilə birlikdə “Edirəm və öyrənirəm” devizi altında sosial layihə həyata keçiriblər.
Musavat.com-un məlumatına görə, layihə çərçivəsində Uşak Məmməd Əmin Xoşgör adına orta məktəbinin 7-ci sinif şagirdlərindən ibarət qrupun üzvləri istifadə olunan mallardan təkrar istifadə edərək, musiqi alətləri hazırlayıblar və 23 aprel uşaq bayramı üçün bayramı şənliyi keçiriblər.
Layihənin məqsədi uşaqlara istifadə olunan malların təkrar emalının göstərilməsi, onlardan müxtəlif ləvazimatların hazırlamasının öyrədilməsi və uşaqların əl qabiliyyətlərinin inkişaf etdirilməsidir.
Uşaqlar hazırladıqları musiqi alətləri ilə muxtəlif musiqiləri ifa edərək, konsert veriblər.
Layihənin rəhbəri Amal Əhədli Türkiyədə təhsil alan bir azərbaycanlı tələbə kimi, Azərbaycan və Türkiyə arasında olan qardaşlıqdan bəhs edərək, uşaqlara Azərbaycan haqqında məlumat verib.
Tədbirin sonunda layihə rəhbərləri Amal Əhədli və Burcu Qəhrəman məktəbin müəllimələri Nərmin Ülküdaşa və Aylin Qaraya göstərdikləri yardımlara görə öz dərin minnətdarlıqlarını bildiriblər.
Minval.İnfo


Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Maduronun tərəfdarları Nyu-Yorkda məhkəmə önündə aksiya keçirdi
ABŞ İranın Larak adasına raket zərbəsi endirib
Fransada 15 yaşdan kiçiklərə sosial şəbəkələr qadağan edildi
Rusiyaya qarşı rus - Sırski kimdir...
Ukraynada korrupsiya qalmaqalı böyüyür
Umerov Ukraynaya qayıtmaqdan İMTİNA ETDİ
Bir universitetin 5 tələbəsi fərqli məkanlarda öldü