Ukraynalı qız İslamı qəbul etdi - Oyunda tanış olduğu oğlanla nişanlandı (Fotolar)
Ukraynalı qız internet üzərindən oyun oynadığı türkiyəli oğlanla tanışlıqdan sonra İslam dinini qəbul edib.
Minval.info xəbər verir ki, Vieronika İhor adlı gənc xanım müsəlman olduqdan sonra adını da dəyişdirib.
Belə ki, bir ilə yaxın internet üzərindən münasibətdə olduğu türkiyə vətəndaşı Sadettin Dündarla nişanlanan ukraynalı onun dini ilə maraqlanaraq araşdırma aparıb. Daha sonra müsəlman olmaq qərarına gəlib. Türkiyədəki müftiliklərdən birində təşkil olunan dini məclisdə ona rus dilində İslam dininin şərtləri izah edilib. V.İhor bunun ardınca kəlimeyi-şəhadət gətirərək müsəlman olub və adını dəyişərək Elif qoyub.
ƏLAQƏLİ
Türkiyə aviaşirkəti Moskvaya uçuşları ləğv etdi: Yüzlərlə sərnişin aeroportda qaldı – SƏBƏB
Hazırda onunla nişanlı olan Sadettin Dündar bildirib ki, tanışlıqdan sonra ukraynalı gənc qız Türkiyəyə gəlib və öz istəyi ilə İslam dinini qəbul edib. O həmçinin yaxın zamanda rəsmi nikaha girəcəklərini söyləyib.
S.Mirzə


Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Mehdiabadda uşaq musiqi məktəbi yenilənir
Rusiyada məktəbli müəlliməyə bıçaqla hücum etdi
İlber Ortaylının əşyaları xeyriyyə üçün satılır
Times Meydanında bıçaqlı hücum: 1 ölü, 1 yaralı
Rusiyalı milyarderlər 20 milyard dollar itirdi
ABŞ quru qoşunları naziri istefa verdi