Ukraynada yeni qanun: Rusiya rəsmən "qəsbkar" dövlət adlandırılıb
Ukrayna Parlamenti, ölkənin şərqində Rusiya yönümlü separatçılar tərəfindən ələ keçirilən əraziləri müvəqqəti olaraq Rusiya tərəfindən işğal olunmuş ərazi kimi tanıyan qanunu qəbul edib.
Deputatlardan 280-ni, Rusiyanı “qəsbkar” dövlət adlandıran və regionun reintegrasiyası barədə qanunun lehinə səs verib.
Rəsmi Moskva yeni qanunu qınayaraq bildirib ki, bu addımı yalnız “yeni müharibəyə” hazırlıq kimi qiymətləndirmək olar.
2014-cü ilin aprel ayından, Ukraynada münaqişə başladıqdan bəri indiyədək şərqi Donetsk və Luqansk rayonlarında 10 mindən çox insan həyatını itirib. 2014-cü ilin may ayında isə Rusiya Ukraynanın Krım rayonunu ələ keçirib.
Ukrayna və Qərb ölkələri Rusiyanı əraziyə öz hərbçilərini göndərməkdə və separatçıları silahlandırmaqda təqsirləndirirlər.
Moskva bu iddiaları təkzib edir, lakin Rusiyadan şərqi Ukraynaya gedən “könüllülərin” separatçılara kömək etdiyi etiraf edir.
Cümə axşamı günü paylaşılan yeni bəyanatda Rusiyanın Xarici İşlər Nazirliyi Kiyevi, ölkənin şərqindəki münaqişəni güclə çıxmaza salmaqda təqsirləndirib və yeni qanunun 2015-ci ildə əldə edilmiş Minsk sülh razılığını pozduğunu iddia edib. BBC
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
İlon Maskdan gözlənilməz vəd: ABŞ-də hər uşağa SpaceX səhmi verəcək
Almaniya Fransadakı etirazlar üçün səyahət xəbərdarlığı etdi
İqlim dəyişikliyi Norveçdə içməli suyu təhlükəli hala gətirib
Putin, Tramp və Şiyə Ukrayna mövzusunda üçtərəfli zirvə təklif etdi
Livan prezidenti: İsrail ABŞ vasitəçiliyi ilə əldə edilən razılığı pozur
Avropa ölkələri sosial mediada uşaqları qorumağa çalışır
