04.09.2026 - 14:27
Dünya 18 baxış

Ukraynada müharibənin gündəlik yükü: 450 milyon dollar

Ukraynanın xarici işlər naziri Andrey Sibiqa, Rusiya ilə davam edən müharibənin ölkəyə gündəlik təxminən 450 milyon dollara başa gəldiyini bildirib. Bu açıqlama Polşada keçirilən PISM Strategic Ark Konfransında verilib. Nazir, müharibənin Ukrayna üçün ağır maliyyə yükü yaratdığını vurğulayıb.

Minval.info xəbər verir ki, Andrey Sibiqa, 2026-cı ilin Ukrayna üçün sülhə nail olmaq baxımından həlledici ola biləcəyini qeyd edib. Lakin o, ABŞ-ın iştirakı olmadan sülh prosesinin yekunlaşdırılmasının mümkün olmadığını da əlavə edib. ABŞ-ın prosesdə fəal iştirak etməsi və Rusiyaya təsir göstərməsinin vacibliyi də nazir tərəfindən vurğulanıb.

Qeyd edək ki, Ukrayna Ali Radasının məlumatına görə, ötən ilin sentyabr ayında müharibənin gündəlik xərcləri 172 milyon dollar təşkil edirdi. 2024-cü ildə isə bu rəqəm 140 milyon dollara düşüb.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: