Türkmənistanda saçlarını rəngləyən qadınlar cərimələnir
Türkmənistanda qadınların xarici görünüşü ilə bağlı yeni tələblərlə əlaqədar sakinlər hüquq mühafizə orqanları əməkdaşları tərəfindən sorğu-sual olunur və cərimələnir.
Oxu.Az xəbər verir ki, bu barədə “Azadlıq” radiosunun Türkmənistan xidməti məlumat yayıb.
İnformasiyaya görə, Türkmənistanın dövlət qurumlarında çalışan qadın əməkdaşların aprel ayından etibarən həddən çox makiyajdan istifadə etməsi və saçlarını boyaması qadağan edilib.
Qadınların eyni zamanda dabana qədər uzanan ətək geyinməsi tələb olunur. Geyim heç bir halda bədənə dar olmamalıdır.
Aşqabad sakinlərindən biri bazarda polis əməkdaşının onu sorğu-suala tutması barədə “Azadlıq” radiosunun müxbirinə məlumat verib.
Onun sözlərinə görə, polis onun nə üçün saçlarına və qaşlarına boya qoyduğunu soruşaraq, onu yerli polis məntəqəsinə aparıb.
Polis əməkdaşı eyni zamanda qadını geyiminin çox dar olduğuna görə tənbeh edib.
“Sən dövlətin siyasətinə qarşı çıxırsan? Saçlara, qaşlara, dırnaqlara boya qoymaq olmaz əmri sənə aid deyil?”, – deyə polis əməkdaşı gileylənib.
Şikayətçinin sözlərinə görə, polis əməkdaşı yalnız 150 manat cərimə pulu aldıqdan sonra onu sərbəst buraxıb. Ancaq cərimə haqqında heç bir qəbz verilməyib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Petro Poroşenkoya cinayət işi açılıb
Ərdoğan ABŞ-da kritik görüş gerçəkləşdirdi
"Bankir Arif" "Azərbaycan bulvarı"nda saxlanıldı (FOTOLAR)
Ana oğlunun cinsiyyət orqanını kəsdi - Səbəb (Fotolar)
İsraildə helikopter qəzası - Polkovnik-leytenantla kapitan öldü
Beş il əvvəl yoxa çıxan təyyarə tapıldı - FOTO
TƏCİLİ! Kreml Putinlə bağlı bu xəbəri təkzib etdi