Türkmənbaşı əmr verdi: ölkədə bir dənə də olsun başqa rəng avtomobil qalmayacaq
Türkmənistan hakimiyyətinin əmri əsasında bütün ölkə boyu ancaq ağ rəngli avtomobillərə icazə verəcək, bütün digər qalan rəngli avtomobillər qadağan olunur.
Virtualaz.org “Türkmənistan Xronikası”ına istinadən xəbər verir ki, ilin əvvəllərindən polis Aşqabad yollarında ağ rəngdən başqa qalan avtomobilləri saxlayıb cərimə dayanacağına yerləşdirirdi. İndi bu qadağa bütün ölkə boyu tətbiq edilir. Çünki prezident Qurbanqulu Berdıməhəmmədovun əmri belədir ki, Aşqabag gününün qeyd olunacağı mayın 25-nə qədər şəhərdə bir dənə də başqa rəng avtomobil qalmamalıdır. Ağ rəng prezident Qurbanqulu Berdıməhəmmədovun sevimli rəngidir.
Əvvəllər Aşqabad sakinləri başqa rəngdə olan avtomobillərini regionlarda sata bilirdi. İndi regionlarda da belə avtomobilləri qeydiyyata almırlar. Nəticədə onların bir yolu qalır-avtomobillərini ağ rəngdə rənglətmək. Lakin bu da asan deyil, ölkədə yaranmış ajiotajla bağlı bu xidmət kəskin bahalaşıb. Bir avtomobilin ağ rəngdə rənglənməsi 5150 dollara başa gəlir. Özəl avtoservislərdə xidmət xeyli ucuzdur. Amma keyfiyyət aşağıdır.
Qadağa ilə bağlı ağ rəngə də tələbat kəskin artıb. Birləşmiş Ərəb Əmirliklərindən gətirilən ağ rəngin qiyməti 1.5 dəfə artıb. Avtoservislər müştərilərinə daha ucuz Çin boyası təklif edir. Avtomobilin rənglənməsi azı bir aya başa gəlir. Bu müddət ərzində gündəlik çörəkpulunu taksi xidmətindən çıxaranlar işsiz qalır. Avtomobil rənglənəndən sonra ona təzədən sənədlər almaq, sığortalatmaq və s. lazımdır. Habelə avtomobil sahibləri sənədləri almaq üçün DYP rəisinə ərizə yazmalıdır ki, avtomobilini ağ rəngdə könüllü olaraq boyadır.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Rusiyada helikopter pəncərəsi uçuşda yerindən çıxdı
Finlandiya rus arxivlərinə çıxışı 9999-cu ilə qədər bağladı
OPEC+ neft kvotalarını oktyabra qədər uzatdı
İranda iqtisadi problemlərə qarşı yeni qərargah!
ABŞ İranın dəniz blokadasını gücləndirir
Sepah Hörmüz boğazında ABŞ gəmilərinə hücum etdi
Təyyarədə dava: Sərxoş sərnişin skoçlandı