Türkiyədə Azərbaycan əleyhinə kampaniyanın iştirakçıları müəyyənləşir
Milli Məclisin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı müvəqqəti komissiyası son günlərdə Türkiyədə sosial media vasitəsilə aparılan Azərbaycan əleyhinə informasiya kampaniyasını araşdırmağa başlayıb.
Minval.info xəbər verir ki, komissiyanın açıqlamasında bu kampaniyanın Azərbaycan-Türkiyə dostluq və müttəfiqlik münasibətlərini hədəf aldığı, ictimai rəyi çaşdırmağa çalışdığı müəyyən edilib. Kampaniya, eyni zamanda, vətəndaşlarda dövlətə qarşı inamsızlıq və cəmiyyətdə qütbləşmə yaratmağa yönəlib.
Açıqlamada bildirilir ki, bu kampaniya əlaqələndirilmiş şəkildə, hədəfli reklamlar və həmçinin real və saxta sosial media hesabları vasitəsilə həyata keçirilir. Kampaniyanın iştirakçıları ilə bağlı məlumatlar Azərbaycanın müvafiq dövlət qurumlarına təqdim ediləcək.
ƏLAQƏLİ
Azərbaycana qarşı qarayaxma kampaniyası aparanlara giriş qadağası gündəmdə
Bundan əlavə, Türkiyə qanunvericiliyinə əsasən bu cür fəaliyyətlərin hüquqi məsuliyyət yaratdığı qeyd olunub. Komissiya Azərbaycan və Türkiyə vətəndaşlarını saxta məlumatlara inanmamağa və bu məsələdə diqqətli olmağa çağırıb.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Azərbaycana qarşı qarayaxma kampaniyası aparanlara giriş qadağası gündəmdə
Albaniya Baş naziri Edi Ramaya Nyu-Yorkda etiraz: yumurta atıldı
Fələstin 28 noyabr seçkiləri üçün qeydiyyatı açdı
Türkiyədə Azərbaycana qarşı sosial media kampaniyası araşdırılır
Hakan Fidan Nyu-Yorkda bir sıra ölkələrin xarici işlər nazirləri ilə görüşdü
İsraildə Netanyahunun partiyası dəstəyini itirir
Azərbaycanın sədrliyi ilə TDT XİN rəhbərləri Nyu-Yorkda toplanıb