Türkiyəli sahibkar illərdir azərbaycanlıları aldadırmış... - FOTO
“Karabak” əfsanəsi tarixə qovuşdu.
Sosial şəbəkələrdə zaman-zaman Gürcüstanda fəaliyyət göstərən restoranın fotosu paylaşılır.
Minval.info xəbər verir ki, buna səbəb həmin restoranın “Karabak” adlandırılmasıdır. Çoxları bunu işğal olunmuş Qarabağımızla əlaqələndirir. Gürcüstana turist kimi səfər edən həmyerlilərimiz fəxr hissi ilə restoranın qarşısında dayanaraq şəkil çəkdirirlər.
Əvvəlcə bu məkanın azərbaycanlılar tərəfindən tanınma tarixçəsinə baxaq.
2014-cü ildə Gürcüstana turist kimi yollanan jurnalist Məhəmməd Türkmən “Karabak” adlanan restoranı görüb və bu, onun diqqətini çəkib. Restoran daxil olan M.Türkmən məkanın rəhbərliyi ilə söhbət edib. Məlum olub ki, buranın sahibi türk vətəndaşıdır və “Karabak” adının seçilməsi təsadüfi deyil.
Sahibi M.Türkmənə bildirib ki, restorana ermənilər buraxılmır: “Əgər gəlsələr, onları zəhərləyərəm. Azərbaycanlılar bizim qardaşlarımızdır. Qarabağ adını ona görə seçmişik. Qarabağın adını yaşadırıq”.
Məhəmməd Türkmən restoranın önündə foto çəkib və məlumatı sosial şəbəkə hesabında paylaşıb. Bundan sonra bütün səhifələr və xəbər saytları “Karabak” barədə informasiya verməyə başlayıb.
Əslində isə restoran adının Qarabağla heç bir əlaqəsi yoxdur. Belə ki, jurnalist bir müddət sonra onun dediklərinin yalan olduğunu aşkar edib. Bir qədər geciksə də, restoranın adı sahibi Mahmut Karabakla bağlı olduğu meydana çıxıb. Yəni onun dedikləri məqsədli olaraq reklam xarakteri daşıyıb və başdan-ayağa qədər cəfəngiyatdır. “Karabak” restoranının adı sırf özünün soyadından götürülüb.
Beləliklə, məlum olur ki, həmyerlilərimiz bir neçə ildir restoranın sahibi Mahmut Karabakın hiyləsinə aldanıb. M.Karabak insanların vətən sevgisindən istifadə edərək müştəri cəlb etməyə çalışıb.
Samir Mirzə / Minval.info
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Araqçi hücum anını danışdı: "Hər şey üzərimizə çökdü"
Maduronun tərəfdarları Nyu-Yorkda məhkəmə önündə aksiya keçirdi
ABŞ İranın Larak adasına raket zərbəsi endirib
Fransada 15 yaşdan kiçiklərə sosial şəbəkələr qadağan edildi
Rusiyaya qarşı rus - Sırski kimdir...
Ukraynada korrupsiya qalmaqalı böyüyür
Umerov Ukraynaya qayıtmaqdan İMTİNA ETDİ



