Türkiyədə öldürülən rus səfirinin qətli ilə bağlı yeni xəbər
Rusiyanın Türkiyədəki səfiri Andrey Karlovun Ankarada qətlə yetirilməsi ilə əlaqədar daha bir nəfər saxlanılıb.Minval.İnfo ölkə.az-a istinadən xəbər verir ki, keçirilən əməliyyat nəticəsində İnformasiya Texnologiyaları və Ünsiyyət İdarəsi (BTK) işçisi H.K. həbs olunub. Onu Terrorla Mübarizə Udarəsinin əməkdaşları həbs ediblər. Saxlanılan şəxs vəzifəli insanın öldürülməsi və terrorun təşkili ittihamları ilə günahlandırılıb. Bildiriblrə ki, H.K. sui-qəsdin təşkil edilməsində köməklik edib. Saxlanılan şəxs məhkəməyə təslim edilib.
Qeyd edək ki, Rusiyanın Türkiyədəki səfiri Andrey Karlov 2016-cı ilin dekabrın 19-da Ankarada Müasir Sənət Mərkəzində rəsm sərgisinin açılışında çıxış edərkən silahlı hücuma məruz qalaraq öldürülüb. Sonradan səfiri vuran şəxs polislə silahlı atışma zamanı öldürülüb. Araşdırmalar zamanı qatilin polis əməkdaşı Mövlut Mert Altıntaş olduğu məlum olub. Araşdırmalar zamanı qətlin FETÖ terror təşkilatı tərəfindən sifariş olunduğu məlum olub.
Keçirilən əməliyyat zamanı bu ilin yanvar ayında Rusiyanın Türkiyədəki səfiri Andrey Karlovun Ankarada qətlə yetirilməsi ilə əlaqədar 5 nəfər həbs edilib. Həbs olunanlar qatil Mövlut Mert Altıntaşın məzunu olduğuİzmir Rüştü Ünsal Polis Məktəbinin əməkdaşlarıdır. Onlardan 4-ü polis, 1 isə FETÖ üzvü Süleyman Ergen olub. Həmin polislər sonradan Mövlut Mert Altıntaşın iş yoldaşları olub.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
İlon Maskdan gözlənilməz vəd: ABŞ-də hər uşağa SpaceX səhmi verəcək
Almaniya Fransadakı etirazlar üçün səyahət xəbərdarlığı etdi
İqlim dəyişikliyi Norveçdə içməli suyu təhlükəli hala gətirib
Putin, Tramp və Şiyə Ukrayna mövzusunda üçtərəfli zirvə təklif etdi
Livan prezidenti: İsrail ABŞ vasitəçiliyi ilə əldə edilən razılığı pozur
Avropa ölkələri sosial mediada uşaqları qorumağa çalışır