20.02.2018 - 01:43
Dünya 119 baxış

Transseksuallar Həcc ziyarətinə yollanacaqlar

Bu il Pakistandan olan transgender oğlan uşaqları ilk dəfə olaraq Səudiyyə Ərəbistanına yollanıb könüllü qismində Həcc ziyarətində iştirak edə biləcək.

Minval.İnfo oxu.az-a istinadən xəbər verir ki, bu barədə NDTV məlumat yayıb.

Sind vilayətinin boyskaut hərəkatının komissarı Atif Əmin Hüseynin sözlərinə görə, yeniyetmə transgenderlər digər uşaqlarla yanaşı, cəmiyyətin üzvləri arasından seçiləcək. Seçimlərdə namizədlər fiziki hazırlıq və sınaq tapşırığı yerinə yetirməli olacaq.

Seçilmiş kollektivin siyahısı sonradan təsdiq olunması üçün Din Məsələləri üzrə Nazirliyə göndəriləcək.

“Bu, oyun qaydalarını və bizim cəmiyyətin onlara olan münasibətini dəyişə bilər”, – deyə hərəkat komissarı bildirib.

Hüseyn bildirib ki, son illər ərzində 40 transseksual oğlan Pakistan Boyskautlar Assosiasiyasına qoşulub.

Qeyd edək ki, Pakistan 2009-cu ildə rəsmi olaraq üçüncü cinsi tanıyan və müvafiq nişanla şəxsiyyət vəsiqəsi verən dünyanın ilk dövlətlərindən birinə çevrilib.

Araşdırmaya görə, hazırda ölkədə yarım milyona yaxın transgender yaşayır. Cəmiyyətə inteqrasiya cəhdlərinə baxmayaraq, onların çoxu diskriminasiyaların qurbanı olur.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: