04.10.2026 - 12:39
Trampın İranla bağlı açıqlamaları dünya gündəmini silkələdi
Dünya 1 baxış

Trampın İranla bağlı açıqlamaları dünya gündəmini silkələdi

İran Məclisinin sədri Məhəmməd Baqir Qalibaf parlamentin açıq iclasında ABŞ-ın İranla bağlı siyasətini tənqid edib. Qalibaf, Amerika Birləşmiş Ştatlarının İranın qərarlılığını yaxşı bildiyini, buna görə də iqtisadi təzyiq və hərbi müdaxilələrlə yanaşı, təhdid ritorikasını artırdığını iddia edib.

Minval.info xəbər verir ki, Qalibafın sözlərinə görə, ABŞ-ın mediada yayılan açıqlamalarına baxmayaraq, vasitəçilər vasitəsilə İrana təkliflər edilib. O, “tək tərəfli tələblər dövrünün bitdiyini və İranın irəli sürdüyü 7 şərtin yerinə yetirilmədikcə Hörmüz boğazının açılmayacağını” bildirib.

İran rəsmi xəbər agentliyi IRNA-ya görə, İran siyasətini sosial mediada yayılan təhdidlərə görə deyil, gerçəkliklərə əsasən müəyyən edir. Qalibaf, ABŞ-ın ziddiyyətli açıqlamalarının İran xalqının fikrini qarışdırmağa çalışdığını deyib.

Wall Street Journal-a istinadən, ABŞ Prezidenti Donald Trampın İranın təklifini rədd etdiyi və noyabr ayındakı ABŞ Konqresi ara seçkilərindən sonra yenidən bombardman başlatmağı düşündüyü bildirilib. Trampın Truth Social platformasında Hörmüz boğazını “Tramp boğazı” kimi göstərən bir xəritə paylaşdığı qeyd olunub.

İran nümayəndə heyəti, Birləşmiş Millətlər Təşkilatı Baş Assambleyasının iclası çərçivəsində ABŞ-a Hörmüz boğazının açılması üçün 7 şərt irəli sürüb, lakin Tramp bu şərtləri qəbul etmədiklərini açıqlayıb. Axios xəbər agentliyi yeni planın Yaxın Şərqdə yeddi günlük atəşkəs və İranın dondurulmuş varlıqlarının azad edilməsini əhatə etdiyini bildirmişdi.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: