Tramp müsəlmanlar əleyhinə danışan jurnalisti sərt tənqid etdi
ABŞ prezidenti Donald Tramp “Twitter”dəki paylaşımında, “MSNBC”nin aparıcısı Coy Ridin müsəlmanlara qarşı işlətdiyi sözə görə işdən çıxarılmasını tələb edib.
Yeniavaz.com “AA”ya istinadən xəbər verir ki, Coy Rid adlı jurnalist, iştirak etdiyi bir televiziya proqramında Tramp və dəstəkçilərinin radikallaşdığını bildirərək, bunu müsəlman ölkələrdəki insanların terrora məruz qalmasına bənzədib.
Ridin sözlərinin “islama qarşı” və “irqçi” olduğunu bildirən bir çox sosial şəbəkə istifadəçiləri, aparıcının terrorizmi müsəlmanlarla əlaqələndirməsinə qarşı reaksiyalarını ortaya qoyub.
Məsələ ilə bağlı danışan Donald Tramp isə belə deyib:
“İstedadsız Coy Rid, qorxunc kəlimə olan “müsəlman terroristlər” sözünü istifadə etdiyinə görə qovulmalıdır. MSNBC-də belə düşmənçilik və irqçilik yaşandı, başqa biri olsaydı ən qısa müddətdə qovulardı”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Husilərdən Səudiyyə Ərəbistanının Aramco şirkətinə hücum
32 azərbaycanlı Almaniyadan geri qaytarıldı
Ukrayn zərbələri Yandeksin data mərkəzlərinə zərbə vurub
Səudiyyə Ərəbistanı Husi hücumları səbəbindən uçuşları dayandırır
Səudiyyə Ərəbistanında hava limanına hücum nəticəsində itkilər