Tramp İranla olan nüvə sazişindən çıxacağını bildirib

ABŞ prezidenti Donald Tramp Fransa prezidenti Emmanuel Makron telefon görüşməsi edib.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, o, söhbət zamanı İranla imzalanmış nüvə sazişindən çıxacağını bildirib.
Trampın yekun qərarını 12 mayda açıqlayacağı bildirilir.
Məlumat üçün bildirək ki, 2015-ci il iyulun 14-də Vyanada İran və “altılıq” ölkələri (BMT TŞ-nin 5 daimi üzvü və Almaniya) arasında İranın nüvə proqramına dair saziş imzalanıb. Razılığa əsasən aşağıdakı öhədliklər götürülmüşdü:
– 15 il ərzində İranın az zənginləşdirilmiş uran ehtiyatları 98 faiz azaldılaraq ümumi çəkisi 10 000 kiloqramdan 300 kiloqrama endiriləcək.
– İran uranın zənginləşdirilməsi üçün istifadə olunan sentrifuqaların sayını 19 000-dən 6 104-ə qədər, yəni 60 faiz azaldacaq, növbəti 10 ildə onlardan yalnız 5 060-nın uranın zənginləşdirilməsində istifadəsinə icazə veriləcək.
– 15 il ərzində İran uranın zənginləşdirilməsini 3,67 faiz həddə, yəni mülki və tədqiqat məqsədləri üçün kifayət edəcək səviyyədə saxlayacaq, Fordodakı nüvə obyektində isə uranın zənginləşdirilməsi tamamilə dayandırılacaq. Həmin müəssisə nüvə, fizika və texnoloji araşdırmalar mərkəzinə çevriləcək.
– 15 il ərzində İran heç bir yeni uran zənginləşdirmə obyekti tikməyəcək.
Bunun qarşılığında isə İrana tətbiq edilən sanksiyalar ləğv edilmişdi.
Minval.İnfo
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Araqçi hücum anını danışdı: "Hər şey üzərimizə çökdü"
Maduronun tərəfdarları Nyu-Yorkda məhkəmə önündə aksiya keçirdi
ABŞ İranın Larak adasına raket zərbəsi endirib
Fransada 15 yaşdan kiçiklərə sosial şəbəkələr qadağan edildi
Rusiyaya qarşı rus - Sırski kimdir...
Ukraynada korrupsiya qalmaqalı böyüyür
Umerov Ukraynaya qayıtmaqdan İMTİNA ETDİ