Tramp İranla nüvə sazişini ləğv etdi

ABŞ prezidenti Donald Tramp Vaşinqtonun İranla bağlanmış nüvə sazişindən çıxdığını elan edib.
Oxu.Az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
Ağ Ev rəhbəri İslam Respublikasına qarşı ən sərt sanksiyaların qəbul olunacağını xəbərdar edib.
Trampın bu qərarının neft qiymətlərinin sürətlə bahalaşmasına yol açacağı proqnozlaşdırılır.
Bundan əvvəl İranın prezidenti Həsən Ruhani, Birləşmiş Ştatların birtərəfli olaraq sazişdən çıxacağı təqdirdə, tarixində heç vaxt keçirmədiyi peşmançılığı keçirəcəyini bildirib.
Qeyd edək ki, 2015-ci ildə bağlanmış Vyana sazişinə əsasən, İran uranın zənginləşdirilməsi proqramını məhdudlaşdırıb. Bunun əvəzində Qərb ölkələri Tehrana qarşı iqtisadi sanksiyaları yumşaltmağa razılaşıb.
Minval.İnfo
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
ABŞ Hörmüz boğazında yeni müttəfiqlər axtarır
BMT yeni dünya xəritəsini təsdiqlədi: ABŞ etiraz etdi
Rusiyada helikopter pəncərəsi uçuşda yerindən çıxdı
Finlandiya rus arxivlərinə çıxışı 9999-cu ilə qədər bağladı
OPEC+ neft kvotalarını oktyabra qədər uzatdı
İranda iqtisadi problemlərə qarşı yeni qərargah!
ABŞ İranın dəniz blokadasını gücləndirir