Tramp: "İran xalqı cana doyub"

Prezident Donald Tramp İslam Respublikasını “terrorun bir nömrəli dövlət sponsoru” adlandırıb.
ABŞ prezidenti bu bəyanatı İran prezidenti Həsən Ruhani öz ölkəsində baş qaldıran etiraz dalğasını etiraf etməsindən az sonra yayıb.
“İran, Terrorun Bir Nömrəli Dövlət Sponsoru insan haqlarını hər saat pozmaqdadır. İndi də dinc nümayişçilərin kommunikasiyasının qarşısını almaq üçün interneti qapadıblar. Yaxşı deyil!” Tramp Twitter hesabında yazıb.
Trampın bəyanatı Ruhaninin ABŞ prezidenti ünvanına səsləndirdiyi tənqidi fikirlərdən sonraya təsadüf edir. Ruhani Trampı İran xalqını bir vaxtlar terrorist adlandırmaqda günahlandırmışdı.
Iran, the Number One State of Sponsored Terror with numerous violations of Human Rights occurring on an hourly basis, has now closed down the Internet so that peaceful demonstrators cannot communicate. Not good!
— Donald J. Trump (@realDonaldTrump) 31 Aralık 2017
Bazar günü axşam verdiyi bəyanatda Ruhani insanların etiraz nümayişi keçirmək hüququna sahib olduqlarını deyib, ancaq bunun “ictimai asayişə və insan həyatlarına təhlükə törətmədən” həyata keçirilməli olduğunu vurğulayıb.
(Amerikanın səsi)
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Viktoriya hökuməti seçilərsə, pulsuz abort xidmətləri təklif edəcək
İran həm müharibəyə, həm də danışıqlara hazırdır — Qalibaf
Macarıstan Ukraynaya dəstək verməyəcəyini açıqladı
Türkiyədə seçki sorğusu: Ərdoğan və rəqibləri arasındakı fərq açıqlandı
Almaniyadan xəbərdarlıq: Avropa müharibəyə hazır olmalıdır!
ABŞ hakimindən Trampa vergi ödəyici pullu reklamları dayandırma əmri
Milli QHT Forumu məktəblərdə geyim qaydalarına dəstək verir