29.01.2018 - 12:49
Dünya 1 baxış

Tramp ABŞ-ın hərbi büdcəsini artırır

Tramp ABŞ-ın hərbi büdcəsini artıracaq

ABŞ prezidenti Donald Tramp  fevral ayında ölkənin 2019-cu il hərbi büdcəsinin artırılması ilə bağlı Konqresə layihə təqdim edəcək.

Minval.İnfo xəbər verir ki, bu haqda məlumatı, “The Washington Post” verib. Məlumatda qeyd olunur ki,  büdcə layihəsində müdafiə xərclərinin 13 faiz, yəni təxminən 716 milyard dollara qədər artırılması nəzərdə tutulur.

Müdafiə büdcəsinə ayrılacaq vəsait həmçinin, hərbi əməliyyatlara, ABŞ-ın nüvə arsenalının maddi-texniki təchizatına sərf  ediləcək.

Trapm Birləşmiş Ştatların hərbi büdcəsini 2019-cu il üçün 7 faiz artıracağını da planlaşdırır.

Minval.İnfo

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: