16.08.2026 - 16:13
İqtisadiyyat 51 baxış

Toxumçuluqda yeni rüsumlar: Aqrar sektorun gələcəyi təhlükədə?

Toxumçuluq sahəsində fəaliyyət göstərənlər üçün yeni dövlət rüsumları tətbiq edilib. Bu rüsumlar, toxum əməliyyatçılarının qeydiyyatı və toxumların sortluq və səpin keyfiyyətlərini təsdiq edən sertifikatların verilməsi üçün nəzərdə tutulub.

Minval.info xəbər verir ki, iqtisadçı Natiq Cəfərli bu barədə rəsmi məlumatlara əsaslanaraq açıqlama verib. Onun sözlərinə görə, seleksiya və toxumçuluq sahəsində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurumun informasiya sistemindən çıxarışın verilməsi üçün 50 manat, həmin çıxarışın dublikatının verilməsi üçün isə 10 manat rüsum təyin edilib. Həmçinin, toxumlara sortluq və səpin keyfiyyətlərini təsdiq edən sertifikatların verilməsi üçün 25 manat rüsum müəyyənləşdirilib.

Natiq Cəfərli qeyd edir ki, sertifikatların verilməsi üçün tələb olunan rüsumlar kiçik məbləğlər olsa da, bu xərclər aqrar sektorda iqtisadi aktivliyi azalda bilər. O, əlavə edir ki, informasiya sistemində olan sertifikatların çap edilməsi üçün tələb olunan məbləğlərin yüksək olması sual doğurur.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: