Tıxac probleminin həlli üçün qeyri-adi üsul
Yaponiya hökuməti nəqliyyat tıxacı problemlərinin həlli məqsədilə uçan taksilərin hazırlanmasına dəstək nümayiş etdirəcək. Bu barədə “NHK” telekanalının məlumatında deyilir.
Məlumata görə, hökumət İqtisadiyyat Nazirliyinə şirkətlərə kömək etməyi, eləcə də müvafiq qanunvericiliyin hazırlanması ilə məşğul olmağı tapşırıb. Ölkə nazirliyində belə qurğuların hazırlanması üzrə fəaliyyəti əlaqələndirəcək və təklif olunan texnologiyaları müzakirə edəcək Ekspertlər Şurasının yaradılacağı gözlənilir. Qeyd edək ki, bundan əvvəl də uçan nəqliyyat vasitələrinin yaradılması üçün müxtəlif ölkələr tərəfindən səylər göstərilib.
Məsələn, Yaponiyanın “Cartivator” şirkəti “Toyota Motor” avtomobil istehsalçısının iştirakı ilə 2020-ci ildə Tokioda keçiriləcək Yay Olimpiya Oyunlarınadək uçan avtomobil prototipi yaratmaq niyyətindədir. Bundan başqa, ötən il Almaniyanın “Daimler” konserni elektrik ötürücüsünə malik uçan taksinin hazırlanması ilə məşğul olan “Volocopter” startapına 25 milyon avro məbləğində investisiya yatırıb. (ICTnews)
Minval.info
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Təyyarədə dava: Sərxoş sərnişin skoçlandı
Masazırda qanunsuz tikinti işləri dayandırıldı
Xark adasında İran tankerinə raket hücumu
Donuz böyrəyi ilə 9 ay sağ qaldı!
2027-ci il rekord istilərlə tarixə düşə bilər
Britaniya ordusunda təlimlər maliyyə çatışmazlığına görə dayandı
Komsomolskaya Pravda Alina Kabayevanın nəzarətində!