Tarix müəlliminin 17 yaşlı şagirdi ilə eşq macərası - Əri xəbər tutdu və...
Tarix müəllimi şagirdi ilə yaşadığı eşq macərası səbəbindən işindən azad edilib.
Türkiyənin Dənizli bölgəsində fəaliyyət göstərən məktəblərdən birində tarix müəllimi olaraq çalışan 46 yaşlı E.P. 17 yaşlı şagirdi ilə sevgi münasibətləri yaradıb. Onların 2 il gizli-gizli görüşdükləri bəlli olub.
Faktla bağlı müəllimin həyat yoldaşı 46 yaşlı B.P. polisə şikayət edib. O, həyat yoldaşının telefonunda şagirdi ilə səmimi söhbətlərini və fotoları gördükdən sonra ondan boşanmaq qərarına gəlib.
Məhkəməyə təqdim edilən dəlillər arasında qadının şagirdi ilə əxlaqsız söhbəti, kinoteatra getdikləri, zalda öpüşdüklərinin əks olunduğu fotolar var. 17 yaşlı şagird iddiaları qəbul etsə də, müəllim inkar edib.
Məhkəmə cütlüyün boşanmasına, müəllimin isə vəzifəsindən azad edilməsinə qərar verib.

Publika.az
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Neftin qiyməti Yaxın Şərq gərginliyi ilə zirvədə
ABŞ Hörmüz boğazında yeni müttəfiqlər axtarır
BMT yeni dünya xəritəsini təsdiqlədi: ABŞ etiraz etdi
Rusiyada helikopter pəncərəsi uçuşda yerindən çıxdı
Finlandiya rus arxivlərinə çıxışı 9999-cu ilə qədər bağladı
OPEC+ neft kvotalarını oktyabra qədər uzatdı
İranda iqtisadi problemlərə qarşı yeni qərargah!