Tapdığı 6 mini sahibinə qaytardı
Türkiyənin Uşak şəhərində təmizlik işçisi Əli Cəngiz zibil yeşiklərini boşaldan zaman tapdığı 6 min türk lirəsini polisə təslim edib.
Minval.info Türkiyə mediasına istinadən xəbər verir ki, Uşak şəhərində zibil yeşiklərini təmizləyən bələdiyyə işçisi içərisində şəxsiyyət vəsiqəsi olmayan və 6 min lira (təxminən 2500 AZN) olan pul qabı tapıb. Dərhal pul qabını hüquq mühafizə orqanlarına təqdim edən Əli Cəngiz şəhər əhalisinin sevgisini qazanıb. Şəhərin Bələdiyyə başçısı tərəfindən qəbul edilən təmizlik işçisi 1 həftəlik tətillə mükafatlandırılıb.
Bələdiyyə başçısı “Bu cür işçilərə sahib olduğumuz üçün çox şanslıyıq”- deyə, bildirib.
İçindəki yüksək miqdar pula toxunmadan pul qabını təhvil verən Əli Cəngiz “Bu günə qədər boğazımdan haram tikə keçməyib” – deyə, vurğulayıb.
Minval.İnfo
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
ABŞ İranın dəniz blokadasını gücləndirir
Sepah Hörmüz boğazında ABŞ gəmilərinə hücum etdi
Təyyarədə dava: Sərxoş sərnişin skoçlandı
Masazırda qanunsuz tikinti işləri dayandırıldı
Xark adasında İran tankerinə raket hücumu
Donuz böyrəyi ilə 9 ay sağ qaldı!
2027-ci il rekord istilərlə tarixə düşə bilər