Təyyarə qəzaya uğradı: Sağ qalanlar var

Kubanın paytaxtı Havanadan havaya qalxan “Boeing 737” tipli sərnişin təyyarəsi qısa müddət sonra qəzaya uğrayıb.
Təyyarənin düşdüyü yerə çox sayda ambulans və xilasedici cəlb olunub. Ölənlərin sayı barədə məlumat verilmir.
Təyyarənin Kuba Hava Yollarına aid olduğu və 27 ildi istifadə edildiyi bildirilir. Hadisə şahidlərinin sözlərinə görə qəzadan sonra güclü partlayış olub.
“Boeing 737” sərnişin təyyarəsinin göyərtəsində 113 nəfər olub.
Onlardan 104-ü sərnişin, 9 nəfər ekipaj üzvləridir. Təyyarə Boyeros şosesində yerə çırpılıb.
Yerli “Granma” qəzetinin xəbərinə görə, hadisə nəticəsində 3 nəfər sağ qalıb. Onların xəstəxanaya yerləşdirildiyi, vəziyyətlərinin ağır olduğu bildirilir. Ölənlərin sayı barədə hələ ki, rəsmi məlumat verilmir. (Qaynarinfo)
Minval.İnfo





Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
İsraildə koronavirusa yoluxanları marixuana ilə müalicə edəcəklər
"Qadınlar bununla kişilərə təcavüz edir" - İlahiyyatçı (VİDEO)
ABŞ-da vəhşilik: müsəlman olduğu üçün döyüb öldürdülər - VİDEO
Kino, şərab və domino: Səudiyyə Ərəbistanında qüvvədə olan 10 qadağa
Hitlerin yəhudi qızla çəkilən fotosu hərraca çıxarıldı - FOTO
“Trendyol” barədə araşdırma BAŞLADILDI
“TikTok” fenomeni faciəvi şəkildə öldü