Təyyarə "havanı korlayan" sərnişinə görə təcili eniş etdi
Dubaydan Amsterdama uçan “Transavia Airlines” aviaşirkətinin təyyarəsi havanı korlayan sərnişinə görə Vyanada təcili eniş edib.
Minval.İnfo-nun Oxu.Az-a istinadən verdiyi xəbərə görə, bu barədə Metro nəşri yazır.
Nəşr qeyd edir ki, sərnişinin qonşuları ondan bunu etməməyi xahiş ediblər, lakin o xahişlərə məhəl qoymayıb. Ekipaj üzvləri də heç bir tədbir görməyiblər. Sərnişinlər arasında sonradan davaya çevrilən mübahisə yaranıb. Nəticədə pilot təyyarəni endirmək qərarı alıb.
Enişdən sonra göyərtəyə daxil olan polis iki kişini, həmçinin bacı olan iki qadını təyyarədən düşürüb.
Qadınlar Niderland məhkəməsinə müraciət etmək istəyirlər. Onlar polisin qərarını ədalətsiz sayırlar.
“Bizim bütün baş verənlərlə heç bir əlaqəmiz olmayıb. Onları heç tanımırdıq, sadəcə həmin sərnişinlərlə bir cərgədə oturduğumuza görə bəxtimiz gətirməyib”, – bacılardan biri deyib.
Hazırda hər dörd sərnişin sərbəst buraxılıb, lakin “Transavia Airlines” onlara aviaşirkətin təyyarələri ilə uçmağı qadağan edib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Təyyarədə dava: Sərxoş sərnişin skoçlandı
Masazırda qanunsuz tikinti işləri dayandırıldı
Xark adasında İran tankerinə raket hücumu
Donuz böyrəyi ilə 9 ay sağ qaldı!
2027-ci il rekord istilərlə tarixə düşə bilər
Britaniya ordusunda təlimlər maliyyə çatışmazlığına görə dayandı
Komsomolskaya Pravda Alina Kabayevanın nəzarətində!