Təcili yardım operatoru gənc qızın ölümünə səbəb oldu
Fransada bir qadın təcili tibbi yardımın qəsdlə gec göndərilməsi səbəbindən dünyasını dəyişib.
Minval.info xarici KİV-ə istinadən xəbər verir ki, Fransanın Strazburq şəhərində Naomi Musenqa adlı gənc qız dəhşətli qarın ağrıları ilə təcili tibbi yardıma zəng edib. “Ölürəm, kömək edin” deyərək, ambulans çağırmaq istəyən qadına operator əvvəlcə “nəyiniz var deyin, yoxsa danışığı sonlandıracam” söyləyib.
Naomi ağrılarını izah etdikdən sonra operator ona rişxənd etməyə başlayıb: “Ailə həkiminizə zəng vurun. Bizə zəng edəcək qədər gücünüz varsa, ona da gücünüz çatar”. Daha sonra operator yanında əyləşən iş yoldaşına səslənərək “Öləcəyini deyir, nə var ki burda. Hər kəs bir gün öləcək” deyərək gülməyə başlayıb.
Təcili tibbi yardım maşını çağıra bilməyəcəyini anlayan qadın özünü toparlayıb şəxsi həkiminə zəng edib. Həkiminin köməyi ilə o, tezliklə xəstəxanaya yerləşdirilsə də, onu xilas etmək mümkün olmayıb.
Hadisədən sonra təcili tibbi yardım xidmətinin operatorlarına cinayət işi açılıb. Zənglər qeyd edildiyi üçün operatorların qadını məsğərəyə qoymaqları üzə çıxıb.
Fransa səhiyyə naziri Agnes Buzin öz “Twitter” hesabından baş verənlərlə bağlı narahatlığını dilə gətirib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Ahbap dərnəyində 4,3 milyardlıq sirr açıldı!
Qızılın qiyməti düşdü: Faiz gözləntiləri artdı
ABŞ-dan İrana qarşı yeni nüvə strategiyası
OPEC+ neft hasilatını artırmır: Bazar gərginliyi artır
Beyində xatirələrin sinxronlaşma sirri açıldı
Neftin qiyməti Yaxın Şərq gərginliyi ilə zirvədə
ABŞ Hörmüz boğazında yeni müttəfiqlər axtarır