"Sus, danışma!" - Polis çimərlikdə gənc ananı yumruqladı (Video)
Bir butulka pivəyə görə ABŞ-da polis zabiti gənc ananı yumruqlayıb.
Daily Mail bildirir ki, olay Nyu-Cersi ştatındakı Uayldvud şəhərinin çimərliyində baş verib.
Anım Günü (Memorial Day) münasibətilə istirahət edən və çimərliyə yollanan Emiliya Uaynman orada rəfiqələri ilə birlikdə pivə içirdi.
Əlində pivə butulkası tutmuş Emiliyaya polislər yaxınlaşaraq “Spirtli içmək üçün yetkinlik yaşına çatmalısınız” deyiblər, sənəd istəyiblər.
Filadelfiya ştatının sakini Emiliya da yetkinlik yaşına çatmadığını, amma çimərlikdəki gənclərin əksəriyyətinin pivə içdiyini deyib.
“Yetkinlik yaşına çatmamışların pivə içmələrinə mane olmaqdan savayı işlərinin olub-olmadığını soruşdum. Bunu eşidəndə polis sinirləndi, “Sizə icazə verərdim, amma indi sizinlə məşğul olacağam” dedi. Və məni vurmağa başladı”, – Emiliya Uaynman söyləyib.
O, çimərlikdə 18 aylıq qızı ilə birlikdə olmasına rəğmən, polislərin onu vurub yıxdıqlarını deyib.
“Polis məni başımdan vurdu, quma çırpdı. Sonra da “Sus, danışma!” qışqırdı. Bundan sonra məni boğmağa başladılar”, – 17 yaşlı E.Uaynman deyib.
Uayldvud şəhər polis idarəsi insidenti araşdırır.
Milli.Az
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
İsraildə hərbi müəssisədə partlayış baş verib
Ruhaninin eks-müşaviri edam ediləcək
Ərdoğan ABŞ-a xəbərdarlıq etdi
Gənc yaşda milyoner olmaq üçün etməyiniz lazım olan 5 şey
Öldüyü deyilən məhbus morqda oyandı
Trampdan dövlət çevrilişi açıqlaması – "Məni devirməyə təşəbbüs etdilər..."
Türkiyə İraqa qoşun yeritdi