14.08.2026 - 18:02
Dünya 19 baxış

Sürücülük vəsiqəsindən məhrum olan sürücü 550 min lirə cərimələndi: Polisə müqavimət göstərdi

Türkiyənin Əskişəhər şəhərində maraqlı bir hadisə baş verib. Polis əməkdaşlarının “dur” tələbinə məhəl qoymayan və alkotester müayinəsindən imtina edən bir sürücü 550 min lirə, yəni 19.526 manat məbləğində cərimələnib.

Minval.info xəbər verir ki, bu hadisə Tepebaşı rayonunun Əskibağlar məhəlləsində qeydə alınıb. Polis şübhəli gördüyü bir pikapı saxlamaq istəyərkən, sürücü tələbi yerinə yetirməyərək avtomobili ilə qaçmağa çalışıb.

Polis təqibindən sonra həmin sürücü saxlanılıb. F.G. adlı şəxs polis əməkdaşlarına müqavimət göstərib və nəhayət qandallanaraq zərərsizləşdirilib. Araşdırmalar zamanı onun daha əvvəl sərxoş vəziyyətdə avtomobil idarə etdiyi üçün sürücülük vəsiqəsindən məhrum edildiyi ortaya çıxıb.

Sürücüyə “dur” tələbinə əməl etməmək, alkotesterdən keçməkdən imtina etmək və sürücülük hüququ məhdudlaşdırıldığı halda avtomobil idarə etmək səbəbilə ümumilikdə 550 min lirə cərimə tətbiq edilib. Həmçinin, pikap 60 gün müddətinə yol hərəkətindən kənarlaşdırılıb.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: