Suriya: Rusiyanın hava zərbələri nəticəsində onlarla adam ölüb

Rusiyanın Suriyanın şərqində yerləşən əl-Şafah kəndinə hava zərbələri nəticəsində azı 53 mülki şəxs həlak olub, monitorinq qrupu deyir.
Britaniyada məskunlaşan Suriya İnsan Haqları Müşahidə qrupu bildirib ki, bazar günü öldüyü bildirilənlərdən 21-i uşaqdır.
Kənd özünü İslam Dövləti adlandıran qruplaşmanın hələ də əraziyə sahib olduğu son əyalətlərdən sayılan Deyr əz-Zorda yerləşir.
Monitorinq qrupu deyib ki, 34 nəfər yaşayış binalarına endirilən zərbələr nətivəsində ölüb.
Qrupun rəhbəri AFP xəbər agentliyinə müsahibəsində, rəqəmlərin yüksək olduğunu güman etdiklərini deyib.
Bundan əvvəl Rusiya altı uzaqmənzilli bombardmançı təyyarələrin ərazidə hava zərbələri həyata keçirdiyini təsdiqləyib, lakin qeyd edib ki, onlar yaraqlılar və onların dayaq məntəqələrinə zərbə endiriblər.
Rusiya Suriyadakı uzun müddətli vətəndaş müharibəsində prezident Bəşər Əsədin əsas müttəfiqidir.
Gələn həftə BMT-nin dəstəklədiyi sülh danışıqlarının Cenevrədə bərpası gözlənir. Bir neçə il əvvəlki danışıqlar uğursuzluqla nəticələnib.
Son iki həftədə şərqi Ghoutada 120 nəfərin həlak olduğu bildirilirBundan başqa, bazar günü Dəməşqin ətraflarında bir üsyançı anklavda 23 adamın öldüyü bildirilir. Monitorinq qrupu şərqi Ghouta şəhərinin bir neçə hava hücumları və artilleriya atəşi ilə vurulduğunu xəbər edib.
Hesabatlardan heç biri müstəqil şəkildə təsdiqlənməyib.
Monitorinq qrupu deyir ki, Suriya ordusu təxminən iki həftə əvvəl öz hərbi əməliyyatlarına başlayandan bəri 120 nəfər ölüb.
İllərlə çəkən mühasirədən sonra şərqi Ghoutanın 400 min sakini üçün şərait çox acınacaqlıdır, insanların aclıqdan ölməsi barədə xəbərlər var.
Ötən həftə yayımlanan hesabatda BMT bildirib ki, ərazidə ərzaq o qədər qıtdır ki, bəzi sakinlər heyvan yemi və hətta zibil yeməyə məcburdur (BBC).
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Araqçi hücum anını danışdı: "Hər şey üzərimizə çökdü"
Maduronun tərəfdarları Nyu-Yorkda məhkəmə önündə aksiya keçirdi
ABŞ İranın Larak adasına raket zərbəsi endirib
Fransada 15 yaşdan kiçiklərə sosial şəbəkələr qadağan edildi
Rusiyaya qarşı rus - Sırski kimdir...
Ukraynada korrupsiya qalmaqalı böyüyür
Umerov Ukraynaya qayıtmaqdan İMTİNA ETDİ