"Sülhü vətəndaşlarımıza izah etmək vacibdir" - Paşinyan
Ermənistan hökuməti ölkə rəhbərliyinin elan etdiyi sülh gündəliyinin mahiyyətini vətəndaşlara aydın şəkildə izah etməlidir. AzVision.az xəbər verir ki, bunu Ermənistanın baş nazir Nikol Paşinyan İrəvanda keçirilən Demokratiya Forumunda çıxışı zamanı deyib.
O qeyd edib ki, demokratiya Ermənistanın suverenliyini və müstəqilliyini qoruyan ən mühüm və əsas amildir. Ölkə rəhbərliyinin əsas vəzifəsi isə demokratiyanın ölkənin xarici və daxili təhlükəsizliyini təmin etməyə qadir olduğunu sübut etməkdir. Bu baxımdan hökumətinin elan etdiyi və həyata keçirilməsi üçün xalqın etimadına arxalandığı qonşularla qurulan sülhün gündəminin nədən ibarət olduğunu anlamaq lazımdır.
– Bizim üçün sülh gündəmini formalaşdırmaq və müzakirə etmək, onu vətəndaşlara izah etmək vacibdir. Çünki ölkədə ən mühüm qərarlar son nəticədə bu vətəndaşlar tərəfindən verilir. Ona görə də onlar qərar qəbul etmək üçün kifayət qədər məlumatlı olmalıdırlar, – o əlavə edib.
ƏLAQƏLİ
Putin Britaniyanı hədələdi: "Ukraynadakı bütün hərbi obyektlər qanuni hədəfimizdir"
Baş nazir əminliyini ifadə edib ki, Ermənistanın siyasi rəhbərliyi ilə xalq bu missiyanın həyata keçirilməsinin zəruriliyi məsələsində həmrəydir. Paşinyan bütün demokratik qüvvələrin bu vəzifə ətrafında birləşməsini vacib hesab edib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Putindən Zelenskiyə cavab: "Terrorçularla danışıqlar aparılmır"
Kreml Türkiyə-Ermənistan sərhədinin açılmasını istəyir
İlham Əliyev Putinlə ayaqüstü görüşdü - FOTOLAR
Rusiyada yeni səfərbərlik şayiələri təkzib edildi
İran ABŞ-yə qarşı hərbi cavab verəcək!