"Şkoda” Azərbaycanda elektriklə işləyən avtobuslar istehsal etmək istəyir
Çexiyanın tanınmış “Şkoda Transportation Group” şirkəti Azərbaycanda elektriklə işləyən avtobusların istehsalında maraqlıdır.
Minval.info xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan (AZPROMO) məlumat verilib.
Belə ki, “Şkoda Transportation Group” şirkəti ölkəmizdə elektriklə işləyən avtobusların müvafiq istehsalının qurulması ilə bağlı yerli tərəfdaşlara əməkdaşlıq təklifi ilə müraciət edib. Şirkətin elektriklə işləyən avtobusların ölkəmizdə istehsalının qurulması ilə bağlı təklifi ilə bağlı AZPROMO-ya daxil olmuş məktubuna baxılıb. Yerli sahibkarları məlumatlandırmaq məqsədi ilə sözügedən məlumatlar AZPROMO-nun internet səhifəsində yerləşdirilib.
Verilən təkliflə əməkdaşlıqda maraqlı azərbaycanlı iş adamları və sahibkarlar AZPROMO-ya müraciət edə bilərlər.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
"Faciədir və daha böyük faciələr ərəfəsindəyik..."
Azərbaycan nefti ucuzlaşıb
Azərbaycana Avropa ölkələrindən mal almaq daha ucuz başa gələcək
AMB sədri: “Məzənnə faktorunun inflyasiyaya təsirini gözləmirik”
Azərbaycanda bu avtomobillərin qiyməti bahalaşacaq - VİDEO
Milli Məclisin maşını “su qiymətinə” satışda