Sevgisini sübut etmək üçün intihar etdi
Türkiyənin Adana şəhərində, Seyhan Baraj gölü deyilən ərazidə məktəbli bir qızın cəsədi tapılıb.
Minval.İnfo xəbər verir ki, Seyhan Barajı adlanan ərazidəki parkda gəzən 3 qız yerdə hərəkətsiz halda yatan bir qız cəsədi tapıb. Araşdırmalar nəticəsində məlum olub ki, 17 yaşlı Gürcan Qırcılı adlı qız sevdiyi oğlan üçün canına qəsd edib.
Hadisə yerində tapılan telefonda qızın sevdiyi oğlana yazdığı “sənə olan sevgimi sübut etmək üçün canıma da qıyaram” mesajı ortaya çıxıb.
“Sevgili” ifadə verdi…
Hadisə yerində tapılan faktlar əsasında polis intihar edən qızın sevgilisini sorğu-suala çağırıb. Polis bölməsinə gələn oğlan “9 aydır birlikdə idik, lakin 2 gün əvvəl ondan ayrılmaq istədiyimi demişdim. O isə ayrılmaq istəmədiyini bildirdi və mənə sevgisini sübut etmək üçün intihar da edə biləcəyini yazmışdı. Lakin mən ona inanmamışdım” deyərək hələ də hadisənin şokunda olduğunu qeyd edib.
Minaval.info
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
OPEC+ neft kvotalarını oktyabra qədər uzatdı
İranda iqtisadi problemlərə qarşı yeni qərargah!
ABŞ İranın dəniz blokadasını gücləndirir
Sepah Hörmüz boğazında ABŞ gəmilərinə hücum etdi
Təyyarədə dava: Sərxoş sərnişin skoçlandı
Masazırda qanunsuz tikinti işləri dayandırıldı
Xark adasında İran tankerinə raket hücumu