Saxta həkim qadınları bu hala salıb - FOTO
Özünü həkim kimi təqdim edərək qadınlara botoks edən türk onları bərbad hala salıb.
Minval.info xarici KİV-ə istinadən xəbər verir ki, Londonda yaşan Ozan Melin adlı şəxs Türkiyədə və ABŞ-da təhsil aldığını deyərək qadınları aldadıb və onlara botoks əməliyyatı edib. Nəticədə üzləri tanınmaz hala düşən pasiyentlər polisə şikayət ərizəsi yazıblar.
Aparılan araşdırmalardan sonra Melin hakim qarşısına çıxıb. Onun botoks üçün fərqli kimyəvi maddələrdən istifadə etdiyi və bunun da güclü əks-təsirinin olduğu aydınlaşıb. Türkiyədə və ABŞ-da təhsil almışam desə də, bunun da yalan olduğu üzə çıxıb.
Melinin qurbanlarından biri proseduru belə izah edib: “Əməliyyatdan sonra üzümdə alışma oldu. Sanki dərimin altında kimyəvi maddə yanırdı”.
Digər bir şikayətçi qadın isə 6 ay müddətində hətta normal yemək belə yeyə bilmədiyini deyib: “Prosedurdan sonra sanki üzümə yumruq atıblar, şişib kimi hiss edirdim. 6 ay boyunca yemək yeyərkən belə problemlər yaşayırdım”.
Ozanın məhkəməsi iyunun 8-də davam etdiriləcək. Hələliksə o, şərti azadlığa buraxılıb.
Minval.info
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Ağstafada gənc bıçaqlanıb: Polis araşdırır
ABŞ Hörmüz boğazında yeni müttəfiqlər axtarır
BMT yeni dünya xəritəsini təsdiqlədi: ABŞ etiraz etdi
Şirvan xəstəxanasına yeni direktor təyinatı
Payızda bu bürclər sağlamlığa diqqət etməlidir
Boğaz ağrısına qarşı təsirli 6 qida
Rusiyada helikopter pəncərəsi uçuşda yerindən çıxdı


