“Şatdaun” ABŞ iqtisadiyyatına neçə milyard ziyan vurdu?
ABŞ hökumətinin ötən il 21 dekabrdan etibarən fəaliyyətini dayandırması ölkə iqtisadiyyatına 6 milyard dollar ziyan vurub.
“Qafqazinfo” “Gazeta.ru”ya istinadən xəbər verir ki, bu məbləğ Meksika ilə sərhədə divar çəkilməsi üçün tələb olunan məbləğdən 300 min dollar daha çoxdur.
Qeyd edək ki, “şatdaun”un yaranmasına əsas səbəb Çeksika ilə sərhədə divar çəkilməsi üçün 5,7 milyard dolların ayrılmaması idi. Tramp buna cavab olaraq hökumətin fəaliyyətini dayandırmaq barədə qərar vermişdi.
Lakin, dünən Konqreslə ABŞ prezidenti arasındakı razılığıa əsasən Tramp hələlik tələbindən imtina edib. Lakin o, xəbərdarlıq edib ki, əgər sərhədlərin təhlükəsizliyi üzrə Nümayəndələr Palatası və Senat arasındakı ikitərəfli danışıqların nəticəsindən razı qalmasa, 15 fevralda “şatdaun” bərpa ediləcək.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Bazarda qiymətlər od tutub yanır
Azərbaycan nefti 72 dollara yaxınlaşır
Azərbaycan Birləşmiş Ərəb Əmirliklərinə avtomobil satıb
Neft bazarını xilas edəcək saziş artıq hazırdır
Sabahın məzənnəsi dəyişmədi
Mərkəzi Bank 200 milyonluq hərrac keçirəcək
Neft kəskin ucuzlaşıb