Salyanda “Mercedes”lə toqquşmadan yayınan ”KamAZ” ağaca çırpıldı
Bu gün axşam saatlarında Ələt-Astara-İran sərhəd avtomobil yolunun Salyan rayonunun Bəydili kəndindən keçən 71-ci km-də minik və yük avtomaşınları qarşı-qarşıya gəlib.
Minval.İnfo virtualaz.org-a istinadən xəbər verir ki, Biləsuvar rayon sakini Əhliman Nadirovun idarə etdiyi 12 BE 020 dövlət nömrə nişanlı “KamAZ” markalı yük avtomaşını sulu qar yağdığından islanmış yolda 10 GU 036 dövlət nömrə nişanlı “Mercedes” markalı minik avtomobili ilə toqquşmadan yayınarkən yoldan kənara çıxaraq, ağaca çırpılıb.
Qəza nəticəsində “Mercedes”də xəsarət alan olmasa da, ağaca çırpılmış yük maşınının kabinəsində olan sürücünün 22 yaşlı oğlu Kamran Nadirov xəsarət alaraq kabinədə sıxılıb qalıb. Kabinədə sıxılıb qalmış oğlanı FHN xilasedicilərinin köməkliyi ilə çıxarılaraq sol bud sümüyünün sınığı diaqnozu ilə Salyan Məkəzi Rayon Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı DYP-də araşdırmalara başlanılıb.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
İspaniyada güclü yağışlar ölümlə nəticələndi, dərslər təxirə salındı
Xocavəndin iki kəndində qazlaşdırma işlərinə start verilib
Türkiyədə sel fəlakətində ölənlərin sayı artdı
Yol polisi dəmir yolu keçidlərində təhlükəsizlik üçün xəbərdarlıq etdi
Məktəb mədrəsə deyil, öz qaydaları var
Məktəbdə səsləndirilən şüarlar - kimlərə xidmət edirlər?
DİN: İctimai qaydanı pozan 37 nəfər həbs edilib