Sabiq nazir: Yalnız bu vəzifəyə qayıtmağa hazıram
Ukraynanın sabiq müdafiə naziri Mixail Fyodorov hökumətə qayıdacağı təqdirdə yalnız müdafiə naziri postunda çalışacağını bir daha bəyan edib.
Minval.info xəbər verir ki, bu barədə “İnterfaks-Ukrayna” məlumat yayıb.
Fyodorov jurnalistlərə açıqlamasında bildirib ki, ona müxtəlif vəzifələr təklif olunsa da, bu təkliflərə razılıq verməyib.
O qeyd edib ki, hazırkı şəraitdə döyüş meydanındakı hərbçilərlə yanaşı, müharibənin gedişinə real təsir göstərən cəmi üç əsas vəzifə mövcuddur: Ukrayna Prezidenti, müdafiə naziri və Ukrayna Silahlı Qüvvələrinin baş komandanı.
“Prezident Volodimir Zelenskiyə təklif etdiyi bütün variantlara görə minnətdaram. Lakin müdafiə naziri vəzifəsindən başqa heç bir postu qəbul etməyə hazır deyiləm”, – deyə sabiq nazir vurğulayıb.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Husilərdən Səudiyyə Ərəbistanının Aramco şirkətinə hücum
32 azərbaycanlı Almaniyadan geri qaytarıldı
Ukrayn zərbələri Yandeksin data mərkəzlərinə zərbə vurub
Səudiyyə Ərəbistanı Husi hücumları səbəbindən uçuşları dayandırır
Səudiyyə Ərəbistanında hava limanına hücum nəticəsində itkilər