Səudiyyə şahzadəsi porno sifarişinə görə borclu qalıb - QALMAQAL
Səudiyyə Ərəbistanının kral ailəsinin üzvü Səud Əl Feysəl fransız şirkətinə eksklüziv pornofilmlərin çəkilişinə görə 90 min avro pul borcludur.
Bu barədə “The Local”xəbər verib. Nəşriyyat yazır ki, kral ailəsinin üzvü, 40 il ərzində ölkənin daxili işlər naziri olmuş və 2015-ci ildə vəfat etmiş Əl Feysəl “SARL Atyla” şirkətinə orijinal ssenari ilə böyüklər üçün film sifariş edib. Lakin xidmət pulunu ödəməyib.
Süjetə əsasən, mərakeşli qız Səudiyyə şahzadəsi rolunu oynayan porno aktyorla sevişir.
Şirkət videonu hələlik məhkəməyə təqdim etməyib, lakin şirkətin nümayəndəsi bəyan edib ki, əgər tələblərə cavab verilməsə, videoyazılar yayımlanacaq.
“SARL Atyla” Əl Feysəlin əmlakının idarə edilməsilə məşğul olan fransız şirkətini məhkəməyə verib.
Eyni vaxtda “SARL Atyla” şahzadənin nümayəndəsi ilə onun zövqünü və ssenarinin detallarını müzakirə etdiyi elektron yazışmanı təqdim edib.
Birbaşa sifarişçinin adının çəkilməməsinə baxmayaraq, iddiaçıların sözlərinə görə, sifarişçi məhz Əl Feysəldir. Oxu.Az
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Sepah Hörmüz boğazında ABŞ gəmilərinə hücum etdi
Təyyarədə dava: Sərxoş sərnişin skoçlandı
Masazırda qanunsuz tikinti işləri dayandırıldı
Xark adasında İran tankerinə raket hücumu
Donuz böyrəyi ilə 9 ay sağ qaldı!
2027-ci il rekord istilərlə tarixə düşə bilər
Britaniya ordusunda təlimlər maliyyə çatışmazlığına görə dayandı